Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Zuvand qaraşəngi / not found / Scrophularia zuvandica 


Şöbə / Division: Maqnoliyakimilər - Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər - Magnoliopsida

Sıra / Order: Scrophulariales

Fəsilə / Family: Keçiqulağıkimilər – Scrophulariaceae Juss.

Elmi adı / Scientific name: Scrophularia zuvandica Grossh.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir, Qafqazın endemik növüdür.

Qısa morfoloji təsviri: İkiillik ot bikisidir. Gövdələr çox və ya az, 20-37 sm hündürlükdədir. Yarpaqlar, uzunsov, yumurtavari, lələkvari-kəsilmiş, hissəcikləri lansetvari və ya xətvari, üçkünc dişciklidir. Çiçək qrupu – uzunsov, dar süpürgədir. Ksacıq 2 mm uzunluğunda, kənardan ağ pərdəlidir. Tac 5 mm uzunluğunda, al qırmızı qonur-rəngli, kasacıqdan uzundur. Staminodi sırdadır. Erkəkciklər tacdan çıxır. Qutucuq 3-4 mm uzunluğunda, kürəkvari, kasacıqdan uzundur. Toxumlar 1mm uzunluğunda, uzunsov, qaradır [1, 2].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri: Çiçəkləməsi may-iyun, meyvə əmələgətirməsi (may) iyun-iyul aylarına təsadüf edir. Kserofit bitkidir. Orta dağ qurşağında quru, daşlı yamaclarda və töküntülərdə, çağıl daşlarının üstündə bitir [2].

Yayılması: Diabar [2].

Sayı və tendensiyası: Populyasiyanın ehtiyatı məhddudur və azalmağa meyl göstərir [3].

Məhdudlaşdırıcı amillər: Antropogen təsir (tapdalanma).

Mühafizə tədbirləri: Antropogen təsiri azaltmaq və yeni yayılma yerlərinin axtarılması təklif olunur.

Ədəbiyyat / Reference: 1. Флора CCCP, 1955; 2. Флора Азербайджан, 1957; 3. Tərtibçilərin məlumatları.

Tərtibçi: Əhmədzadə F.Ə., Səfərov H.M.

Şəkil: Səfərov H.M.

English name: not found

Habitat: Dry, stony slopes, gravelly sites of middle mountain zone.

Distribution: Diabar.