Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Zaqafqaziya inciçiçəyi / not found / Convallaria transcaucasica 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Liliopsidlər – Liliopsida

Sıra / Order: Amaryllidales

Fəsiə/ Family: İnciçiçəkkimilər – Convallariaceae Horan.

Elmi adı / Scientific name: Convallaria transcaucasica Utkin ex Grossh.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Məlumat azlığı” kateqoriyasına aiddir – DD. Azərbaycanın nadir, Qafqazın endemik növüdür.

Qısa morfoloji təsviri: Çoxillik ot bitkisi olub, uzun kökümsovlara malikdir. Gövdənin hündürlüyü 20-30 sm-dir. Gövdə yarpaqları 2-3 sayda, enli lansetvaridən uzunsov lansetvariyə kimi formadadır. Çiçəkqrupu birtərəfli, boş salxımda toplanan, 6-20 çiçəklidir. Çiçəkyanlığı 5-10 mm uzunluqda, enli, şarvari, zəngvari, ağ, əsası qırmızı-bənövşəyidir. Erkəkcik sapı qısa, yoğun və ya tozcuğa bərabərdir. Sütuncuq qısa, üçkünc ağızcıqlıdır. Meyvə qırmızı giləmeyvədir [1, 2].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Çiçəkləmə və meyvə əmələgəlmə dövrü aprel-iyun aylarına təsadüf edir.Kökümsovlarla çoxalır. Meşəliklərdə, xüsusilə palıd meşələrində bitir. Dekorativ bitkidir [2].

Yayılması: Kiçik Qafqazın mərkəzi hissəsi; KQ şimali (Laçın rayonu ətrafı) [ 2, 3, 4].

Sayı və tendensiyası: Məlumat yoxdur.

Məhdudlaşdırıcı amillər: Məlumat yoxdur.

Mühafizə tədbirləri: Yayılma yerlərində antropogen amillərin təsirini azaltmaq məqsədilə xüsusi tədbirlər görülməli, yeni yayılma əraziləri axtarılmalıdır.

Ədəbiyyat / References: 1. Гроссгейм А.А., 1940; 2. Флора Азербайджана, 1952; 3. İbadlı O.V., 2004; 4. Ибадлы О.В. 2005.

Tərtibçilər: İbadlı O.V., Qaraxani P.X.

Şəkil: Mehdiyeva N.P.

English name: not found

Habitat: Oak forests.

Distribution: Central (AZ) Lesser Caucasus (around lachin region).