Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Zərif meşənovruzu / not found / Cyclamen elegans 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida

Sıra / Order: Primulales

Fəsiə/ Family: Novruzçiçəkkimilər – Primulaceae Vent.

Elmi adı / Scientific name: Cyclamen elegans Boiss.et Buhse

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Kritik təhlükə həddində olanlar” kateqoriyasına aiddir –CR B2ab(i,ii,iii,). Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Çoxillik ot bitkisidir. Kök yumrusu yastılaşmış dairəvi, bəzən diskvari, 3-7 sm dimaterindədir. Yarpaqlar kökyanı rozetdədirlər. Yarpağın lövhəsi dairəvi-yumurtavari, dairəvi-oval və ya oval –tumurcuqlu, əsasda ürəkvari, 3-3,5 sm uzunluqda, 3,5 -6 sm enində, üst tərəfdə tünd –yaşıl, alt tərəfdə bənövşəyi-qırmızıdır. Kasacıq qonur-qırmızı, 5 enli-lansetvari, iti dilimli, 4-5 mm uzunluqdadır. Çiçəklər iri, çəhrayı və ya bənövşəyi-çəhrayı, çıxıntının dar hissəsində bənövşəyi ləkəlidir. Erkəkciklər 5, bunların saplaqları qısa, tozcuqlar sraı, lansetvari, est tərəfdə tili yoxdur. Yumurtalıq üst tərəfdə, 1 yuvalıdır. Sütuncuq uzun, tacı enli əsnəyindən çıxır. Qutucuq dairəvi, 8 dişiciklə açılandır [1].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Çiçəkləmə-meyvə əmələgətirmə dövrü yanvar-dekabr aylarına təsadüf edir. Palıd-dəmirağac, fıstıq, ağcaqyaın meşələrində, dağ dərələrində, çaykənarı meşələrdə rast gəlinir. Dərman bitkisidir [1,2].

Yayılması: Lənkəran ovalığı və Lənkəran dağlıq hissəsi [1, 2, 3].

Sayı və tendensiyası: Populyasiyanın təbii bərpası azalır, yegane lokalitetində mənfi iqlimə və antropogen təsirlrə həssaslıq müşahidə olunur[3].

Məhdudlaşdırıcı amillər: Antropogen amillər (otarılma, tapdalanma) və iqlim dəyişikliyi.

Mühafizə tədbirləri: Yayılma yerlərində antropogen təsirlərin azaldılması və mütəmadi monitorinqərin aparılması təklif olunur.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1957; 2. Azərbaycan SSR-in Qırmızı Kiatbı, 1989; 3. Tərtibçilərin məlumatları.

Tərtibçilər: Əhmədzadə F.Ə., Səfərov H.M.

Şəkil: Kərimov V.N.

English name: not found

Habitat: Mountain and lowland forests.

Distribution: Lankaran lowlands; mountain part of lankaran.