Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Zəngiçiçəyinəoxşar azineuma  / not found / Asyneuma campanuloides 


Şöbə / Division: Maqnoliyakimilər - Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər - Magnoliopsida

Sıra / Order: Dipsacales

Fəsilə / Family: Zəngçiçəyikimilər - Campanulaceae Juss.

Elmi adı / Scientific name: Asyneuma campanuloides (Bieb. ex Sims.) Bornm.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: "Təhlükə həddinə yaxın olanlar" kateqoriyasına aiddir - NT. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Çoxillik ot bitkisidir. Gövdəsi 50-70 sm hündürlükdədir. Yarpaqları noxudvari və ya mişardişlidir, 5-8 sm uzunluqda, 2-4 sm enindədir. Aşağı yarpaqları yumurtavari və küt, digərləri oturaqdır. Çiçəkqrupu sünbülvari, topaşəkilli göy-bənövşəyi çiçəklərdən ibarətdir. Kasacığı çılpaq, ensiz tərs -konus formalı,şırımlıdır. Tacı dərin kəsilmiş, xətti, aşağı əyilən dilimlidir. Sütuncuğu 3 erkekciklidir. Qutucuğu uzunsov, yuxarı hissəsində xırda grcüklərə açılandır [1].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri: Çiçəkləmə iyul-avqust, meyvəvermə iyul-senytabr aylarına təsadüf edir. Subalp və yuxarı meşə qurşağının dağ çəmənlərində, meşələrdə və tarlalarda rast gəlinir [1].

Yayılması: Böyük Qafqazın Quba sahəsi, şərq və qərb hissələri, Kiçik Qafqazın şimal və mərkəzi hissələr, Naxçıvanın dağlıq hissəsi [1, 2].

Sayı və tendensiyası: Populyasiyasının təbii bərpasında mənfi təsirlərin dəyişilməsindən asılılığı müşahidə olunur, azalma tendensiyasına meyillidir [3].

Məhdudlaşdırıcı amillər: Antropogen amillər 9otarılma, tapdalanma) və iqlim amillərinə həssaslıq.

Mühafizə tədbirləri: Populyasiyanın nəzarətə götürülməsi, mütəmadi monitorinqlərin aparılması tələb olunur.

Ədəbiyyat / Reference: 1. Флора Азербайджан, 1955; 2. Əsgərov A.M., 2006; 3.Tərtibçilərin məlumatları.

Tərtibçi: Kərimov V.N., Mustafayeva S.C.

Şəkil: Yusifov E.F.

English name: not found

Habitat: Subalpine and mountain meadows of upper forest belt.

Distribution: Eastern (AZ) Greater Caucasus; Guba part of the Greater Caucasus; Western (AZ) Greater Caucasus; Northern (AZ) Lesser Caucasus; Central (AZ) Lesser Caucasus; mountain part of Nakhchivan.