Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Zəngəzur zəngçiçəyi / not found / Campanula zangezura 


Şöbə / Division: Maqnoliyakimilər - Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər - Magnoliopsida

Sıra / Order: Dipsacales

Fəsilə / Family: Zəngçiçəyikimilər - Campanulaceae Juss.

Elmi adı / Scientific name: Campanula zangezura (Lipsky) Kolak et Serdjukova

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir - VU C2a (i). Azərbaycanın nadir, Qafqazın endemik növüdür.

Qısa morfoloji təsviri: Çoxillik bitkidir. Gövdələr 20-40 sm hündürlükdədir. Altyarpaqlar uzun saplaqlı, dərin ürəkvari, 5 künclü, ortaya qədər dərin kəsilmiş rombvari, uzunsov-üçkünc və ya uzunsov seqmentli, üst yarpaqlar tədricən azalan və oturaqdır. Çiçəklər nazik saplaqların üzərindədirlər, əyilən, iri, diametri 3 sm, bənövşəyi-göyümtül rəngdədir. Kasacıq sərt tükcüklü, əyilmiş lansetvari-xətvari dişciklidir. tac xaricindən çılpaq, içəridən zəif kirpiklidir. Sütuncuq 3, burulmuş, dişiciyin ağzı uzun tükcüklüdür [1, 2].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri: Çiçəkləmə - meyvə mələgəlmə dövrü iyun-sentyabr aylarına təsadüf edir. Kserofit bitkidir [1, 3].

Yayılması: Naxçıvanın dağlıq hissəsi (Qapıcıq dağı, Parağa Umus kəndləri ətrafı) [3].

Sayı və tendensiyası: Populyasiyasının təbii bərpası azalır, ətraf mühitin mənfi təsirlərinə həssaslıq müşahidə olunur [4].

Məhdudlaşdırıcı amillər: Antropogen, iqlim və zoogen amillər [4].

Mühafizə tədbirləri: Antropogen təsirlərin azaldılması, bitdiyi ərazilərin nəzarət altında saxlanılması tələb olunur. Məhdud sahələrdə yayılmış, mənfi təsirlərə məruz qalan növ kimi akademik H.Əliyev adına Zəngəzur Milli Parkı ərazisində yayıldığı sahələr xüsusi nəzarət altına alınmalı və təbii populyasiyaları mühafizə olunmalıdır [3].

Ədəbiyyat / Reference: 1. Флора CCCP, 1957; 2.Флора Азербайджан, 1961; 3. Naxçıvan MR-in Qırmızı Kitabı, 2010; 4.Tərtibçilərin məlumatları.

Tərtibçi: Əhmədzadə F.Ə., İbadullayeva S.C.

Şəkil: Naxçıvan MR-in Qırmızı Kitabı, 2010.

English name: not found

Habitat: Mountain zone.

Distribution: Mountain part of Nakhchivan (Gapijiq mountain, around Paragha and Umis villages).