Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Yuliya novruzçiçəyi / Juliana primrose / Primula juliae 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida

Sıra / Order: Primulales

Fəsiə/ Family: Novruzçiçəkkimilər – Primulaceae Vent.

Elmi adı / Scientific name: Primula juliae Kusn.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Kritiktəhlükə həddində olanlar” kateqoriyasına aiddir –CR B2ab(i,ii,iii). Azərbaycanın nadir növüdür. Qafqazın endemik növüdür.

Qısa morfoloji təsviri: Çoxillik ot bitkisidir. Gövdəsi yoxdur, tamamilə çılpaqdır, 8-12 sm uzunluğundadır. Qısa, budaqlanan kökümsovludur.Yarpaqları kökətrafıdır, uzun, nazik, çəhrayımtıl v ya solğun saplaqlıdır. Yarpaq ayası parlaq-yaşıl, alt tərəfədn açıq rngli, parlaq, yumru –böyrəkşəkilli, yumru-yumurtaşəkilli, 1-3 sm uzunluğundadır. Çiçəkləri təkdir. Kasacığı dar boruşəkilli, qabırğalı, 10 mm uzunluğa kimi, neştərşəkilli, itidişlidir. Çiçək tacı çəhrayı, iri, 2-3 sm diametrli, borulu, kasacıqdan 2 dəfə uzun, enli, yastı, parlaq, çəhrayı-bənövşəyi, büküşlüdür. Qutucuğu uzunsov, kasacıqla eyni uzunluqdadır[1].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Çiçəkləmə may-iyun, meyvəverməsi iyul aylarında baş verir. Aşağı dağ qurşağından subalp qurşağına qədər meşə və meşə kənarlarında, kolluqların arasında, çəmənliklərdə rast gəlinir. Dekorativ bitkidir [1,2].

Yayılması: Böyük Qafqazın qərb hissəsi (Qəbələ və Şəki rayonları) [1, 2, 3].

Sayı və tendensiyası: populyasiya azalır, yaşama ərazisi məhdudlaşır, itmə təhlükəsi altındadır [4].

Məhdudlaşdırıcı amillər: Məhdud ərazilərdə yayılması və antropogen təsirlər (əhali tərəfindən bəzəkbitkisi kimi yığılması), dəyişkən iqlim şəraitində asılılıq və həssaslıq.

Mühafizə tədbirləri: Mühafizəsi üçün xüsusi tədbirlər aparılmır. Yayılma yerlərində antropogem təsiri azaltmaq məqsədi ilə qorunma tədbirlərinin görülməsi, populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxum bankında saxlanılması, bərpasının təmin edilməsi, areallarının axtarılması təklif olunur.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1957; 2. Əsgərov A.M., 2005; 3. Əsgərov A.M., 2005; 4.Tərtibçilərin məlumatları.

Tərtibçilər: Kərimov V.N.

Şəkil: Murtazaliyev R.A.

English name: Juliana primrose

Habitat: Banks of forest rivers, rocky slopes of middle and higher mountain zone.

Distribution: Western (AZ) Greater Caucasus (Gabala and Sheki regions).