Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Yulia tülpanı / Julian tulip / Tulipa julia 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Liliopsidlər – Liliopsida

Sıra / Order: Liliales

Fəsiə/ Family: Zambaqkimilər – Lilicaeae Juss.

Elmi adı / Scientific name: Tulipa julia C.Koch

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir – VU A2c+3c. Azərbaycanın nadir, Qafqazın endemik növüdür.

Regional IUCN Statusu: LC [5].

Qısa morfoloji təsviri: Çoxillik ot bitkisidir. Soğanaq yumurtavari, 3 sm yoğunluğundadır. Xaricdən qonur, nazik, dərivari, daxildən hrümçək toruna bənzər, mamırşəkilli qınla örtülüdür. Gövdə 15—35 sm hündürlükdədir. Yarpaqlar 3—4 ədəd, neştərşəkilli və ya enli-neştərşəkilli, uzunsov, 3 sm-ə qədər enindədir. Çiçəklər tək, 4 sm uzunluğundadır. Çiçəkyanlığının yarpaqcıqları alovu moruğu—qırmızı, əsasında tünd sarı, haşiyələnmiş ləkəlidir, xaricdəki daxildəkindən bir az uzun, uzunsov—rombvari, iti, daxildəki tərs—yumurtavari və ya oval, uzunsov –yumurtavaridir. Qutucuq 3 sm-ə qədər uzunluğundadır [1].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri: Orta dağ qurşağında, quru daşlı və əhəngli yamaclarda, bəzən meşələrdə rast gəlinir. Çiçəklənməsi aprel, may, meyvələməsi may, iyun aylarına təsadüf edir. Çoxalması soğanaqla və toxumladır. Mezokserofitdir. Dekorativ bitkidir [2, 5].

Yayılması: Naxçıvan düzənliyi və dağlıq hissəsi (Şərur rayonun Qaraquş dağı, Culfa rayonunun Dəmirli dağı, Ordubad rayonunun Nüsnüs kəndi, Şahbuz, Biçənək əyrisi) [2, 3, 4, 6].

Sayı və tendensiyası: Populyasiyanın sayı azdır. Dekorativ əhəmiyyətinə görə azalma tendensiyası artır [6].

Məhdudlaşdırıcı amillər: Əhali tərəfindən intensiv toplanması və zoogen amillərin təsiri altındadır.

Mühafizə tədbirləri: Xüsusi mühafizə tədbirləri görülməyib. Yasaqlıqların yaradılması zəruridir.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1950; 2. Azrbaycan SSR-in Qırmızı kitabı, 1989; 3. Ибадлы О.В. 2005; 4. Naxçıvan MR-in Qırmızı Kitabı, 2010; 5. Schtaz G., Shulkina T., Solomon J., 2013; 6. Tərtibçilərin məlumatları.

Tərtibçilər: İbadlı O.V., Qaraxanı P.X., İbadullayeva S.C.

Şəkil: İbadlı O.V.

English name: Julian tulip

Habitat: Dry stony and calcareous slopes of middle mountain zone.

Distribution: Nakhchivan plain; mountain part of Nakhchivan (Shahbuz, Bichanak curve; Sharur region Garagush mountain, Julfa region Demirli mountain, Ordubad region Nusnus village).