Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Yay dombalanı / Summer truffle, Burgundy truffle / Tuber aestivum 


Şöbə / Division: Kisəli göbələklər – Ascomycota

Sinif / Class: Pezizomycetes

Sıra / Order: Tuberales

Fəsilə / Family: Tuberaceae Dumort.

Elmi adı / Scientific name: Tuber aestivum Vittadini

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: "Nəsli kəsilməyə həssas olanlar"kateqoriyasına aiddir – VU A2c + 3cd. Nadir növdür.

Qısa morfoloji təsviri: Meyvə cismi torpaq altında əmələ gələn, kök yumrusuna bənzər, ellipsoidal-dairəvi, 2,5-8 sm diametrindədir. Xarici səthi qara və ya qara-qəhvəyi rəngli, iri piramidavari ziyillidir. Göbələyin ləti zəif və şirin iyə malikdir. Yetişməmiş göbələk yarıya kəsilmiş halda ağımtıl, yetişdikdən sonra sarımtıl –qəhvəyi, ağımtıl-cizgili, mərmərə bənzər naxışlıdır [1, 2].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri: Heterotallik növdür, cinsi çoxalması üçün populyasiyada genetik cəhətdə fərqli fərdlərin olması tələb olunur. Simbiotrofdur, Fagus, Quercus, Carpinus və Corylus cinslərinin növləri ilə mikoriza əmələ gətirir. Enliyarpaqlı meşələrdə yaz və payız aylarında rast gəlinir. Müxtəlif mexaniki tərkibli torpaqlarda əmələ gəlir. Göbələk onun meyvə cismi ilə qidalanan heyvanlar vasitəsilə (gəmiricilərlə, qabanlar və həşəratlarla) yayılır [1].

Yayılması: Qax rayonu (Alatemir kəndinin ətrafı, fındıq bağları); Zaqatala rayonu (Zarağan meşəsi); Şəki rayonu (Qarasu kəndinin ətrafı, meşələrdə) [3].

Sayı və tendensiyası: Azərbaycanda nadir hallarda rast gəlinir [3].

Məhdudlaşdırıcı amillər: Torpaq və iqlim şəraitinə yüksək tələbkarlıq, meyvə cisimlərinin tədricən yetişməsi, onların kütləvi yığılması ilə əlaqədar göbələk populyasiyasının həssaslığı [3].

Mühafizə tədbirləri: Populyasiyanın vəziyyətini nəzarətdə saxlamaq, yeni yayılma yerlərinin axtarılması vacibdir. Meyvə cisimlərinin toplanılmasına məhdudiyyət qoyullmalıdır [3].

Ədəbiyyat / Reference: 1. Sadıqov A.S. 2009; 2. İstivan B., Oszkar F.A., 2007; 3. Tərtibçilərin məlumatları.

Tərtibçi: Sadıqov A.S., Ağayeva D.N.

Şəkil: Qürbətov M.G.

English name: Summer truffle, Burgundy truffle

Habitat: Mountain forests.

Distribution: Western (AZ) Greater Caucasus (Zagatala region – Zaraghan forest; gakh region – around Alatemir village, hazelnut gardens; Sheki region – around Garasu village, in forests).