Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Yaşıl rəngli ləçəkotu / Greater butterfly - orchid / Platanthera chlorantha 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Liliopsidlər – Liliopsida

Sıra / Order: Orchidales

Fəsiə/ Family: Səhləbkimilər – Orchidaceae Juss.

Elmi adı / Scientific name: Platanthera chlorantha (Cust.) Reichenb.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –Vu D2. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Çoxillik ot bitkisidir. Kök yumruları uzunsov – yumurtavari, bizvari sonluqludur. Gövdəsi 30—50 sm hündürlükdə, 1-3 sayda xırda lansetşəkilli yarpaqcıqlı və iki ədəd iri, enli, oval və ya tərs-yumurtavari, gövdənin aşağı hissəsində enli saplağı olan yarpaqlıdır. Çiçək qrupu çox çiçəkli, boş, 7-25 sm uzunluğundadır. Çiçəkyanlığının yarpaqcıqları uzunsov və ya yumurtavari, lansetşəkilli, kütləşmiş, yaşılımtıl – ağ, az iylidir. Dodağı xətti – lansetvari, 11-14 mm uzunluğunda, küt, qövsvari əyilmiş, 2,7 sm uzunluğunda, təpə hissədə sancaqvari qalınlaşmış mahmızlıdır[1].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri: Çiçəkləmə-meyvə əmələgətirmə dövrü may –iyun aylarına təsadüf edir.Kseromezofitdir. Kök yumruları ilə çoxalır. Arandan orta dağ qurşağına kimi, meşə, kolluqlararası, Anacamptis pyramidali, Dictamnus caucasicus, Euphorbia condilocarpa bitkilərindən təşkil olunmuş senozlarda komponent kimi iştirak edir [1, 3]. Dekorativ və dərman bitkisidir [1, 3].

Yayılması: Samur –Dəvəçi ovalığı, Qobustan, Böyük Qafqazın bütün rayonları (Altıağac qəsəbəsinin ətrafı), Kiçik Qafqazın mərkəzi və cənub hissəsi, Lənkəran və Naxçıvanın dağlıq hissələri, Xəzəryanı ovalıq (Xızı rayonu) [1, 2, 3].

Sayı və tendensiyası: Bir neçə lokalitetlərdə azalma tendensiyasına meyl müşahidə olunur [4].

Məhdudlaşdırıcı amillər: Antropogen amillər (mal-qara tərəfindən tapdalanması və dekorativ bitki kimi intensiv yığılması).

Mühafizə tədbirləri: Yayılma yerlərində antropogen təsirlərin azaldılması, bərpasının təmin edilməsi və yeni yayılma yerlərinin axtarılması təklif olunur.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1952; 2. Ибадлы О.В. 2005; 3.Мехтиева Н. П., 2010; 4. Tərtibçilərin məlumatları.

Tərtibçilər: Mehdiyeva N.P., Zeynalova S.Ə., Mustafayeva S.C.

Şəkil: Naxçıvan MR-in Qırmızı Kitabı, 2010.

English name: Greater butterfly - orchid

Habitat: Forests and shrublands up to middle mountain zone.

Distribution: All regions of the Greater Caucasus (surroundings of Altiaghaj settlement); Caspian lowlands (Khizi region); Samur – Devechi lowlands; Gobustan; Central (AZ) Lesser Caucasus; Southern (AZ) Lesser Caucasus; mountain part of Lankaran; mountain part of Nakhchivan.