Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Xəzər səhləbi / Caspian orchis / Orchis caspia 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Liliopsidlər – Liliopsida

Sıra / Order: Orchidales

Fəsiə/ Family: Səhləbkimilər – Orchidaceae Juss.

Elmi adı / Scientific name: Orchis caspia Trautv.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir – VU A2c + 3cd. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Çoxillik ot bitkisidir. Kök yumrusu uzunsov – yumurtavari, 2,8 sm uzunluğunda, 1,7 sm enindədir. Gövdəsi 12—32 sm hündürlükdə və daha hündürdür. Gövdənin aşağı hissəsindəki yarpaqları xətvari – neştərşəkilli, 9 sm uzunluğunda və 1,5 sm enindədir. Çiçəkqrupu seyrəkdir, uzunsov 3—10 sm uzunluğundadır. Çiçəkləri tünd, fır-fır rəngli, çiçək yanlığının kənar ləçəkləri küt, 8-10 mm uzunluqda, uzunsov – lansetvaridir. Çiçək yanlığının daxili ləçəkləri uzunsov xətvari, kənardakından qısadır, dodaqcığı pazşəkilli və ya rombşəkilli, tərs – yumurtavari, kənarları xırda dişlidir. Mahmızı solğun, konusşəkilli, dodaqcıqdan uzun, yumurtalıqdan qısa, bir qədər əyilmişdir [1].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri: Çiçəkləməsi aprel-iyun aylarına təsadüf edir. Orta dağ qurşağının qayalıqları arasında, otlu yamaclarda, meşə kənarında, kolluqlarda rast gəlinir [1].

Yayılması: Böyük Qafqazın şərqi (Şamaxı rayonu Göylər kəndi); Abşeron (Balaxanı); Samur-Dəvəçi ovalığı, Qobustan düzənliyi, Kür düzənliyi, Kiçik Qafqazın mərkəzi, Lənkranın dağlıq hissəsi və ovalığı [1, 2].

Sayı və tendensiyası: Populyasiyasının azalması müşahidə olunur [3].

Məhdudlaşdırıcı amillər: Antropogen amillər (otarılma, xırdabuynuzlu heyvanlar tərəfindən tapdalanması, dekorativ bitki kimi imtensiv toplanılması, sənayə mərkəzlərinə yaxın olunması, yeni tikintilər və infrastrukturun inkişafı).

Mühafizə tədbirləri: Yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədi ilə yasaqlıqların təşkili, populyasiyası – ontogenetik təhlilin aparılması, toxum bankında saxlanılması məqsədəuyğundur.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1952; 2. Əsgərov A.M., 2005; 3.Tərtibçilərin məlumatları.

Tərtibçilər: Kərimov V.N.

Şəkil: Kərimov V.N., Şükürov E.S.

English name: Caspian orchis

Habitat: Rocks, grassy slopes, forests and shrublands of lowlands up to middle mountain zone.

Distribution: Eastern (AZ) Greater Caucasus (Shamakhi region Goyler village); Samur-Devechi lowlands; Gobustan; Absheron (Balakhani); Central (AZ) Lesser Caucasus; Kur plain; mountain part of Lankaran; Lankaran lowlands.