Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Xəzər polisifoniyası / not found / Polysiphonia caspica 


Şöbə / Division: Qırmızı yosunlar – Rhodophyta

Sinif / Class: Florideophyceae.

Sıra / Order: Ceramiales

Fəsilə / Family: Rhodomelaceae Reichb.

Elmi adı / Scientific name: Polysiphonia caspica Kütz.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Nadir Xəzər endemik növüdür.

Qısa morfoloji təsviri: Kolcuq 2-15 sm hündürlükdədir. Tallom qonur-qırmızı, bəzi nümunələrdə demək olar ki, qara, əsasda 0,5-1 mm, yuxarı şaxələnmələrdə 15-30 sm qalınlıqdadır. Mərkəzi oxun əsasında yan sərilmiş budaqlar-stolonlar inkişaf edir ki, bunlar azsaylı uzun və qısa dolaşıq rizoidlərə malikdirlər. Cavan cücərtilər çəngəlvari və növbəli budaqlanır; əvvəlcə uzun, qalın əsas budaqlar, sonra isə nisbətən qısa, nazik budaqlar əmələ gəlir. Yaşlı cücərtilər əsasən nizamsız budaqlanır, çoxsaylı ikinci dərəcəli əvəlcə nazik, sonradan qalınlaşmış yan budaqlarla və nazik budaqlanmış təpə hissə ilə fərqlənir. Qabıq qatı güclü inkişaf etmişdir (cavan hissələr istisna olmaqla), bütün tallomu örtür. Tallomun aşağı köhnə hissəsində mərkəzi sifonun ətrafında rizoidvari saplar inkişaf edə bilər. Tetrasporangilər bütün tallom boyu yerləşən son və ikinci dərəcəli qısa nazik budaqcıqlarda inkişaf edir. Sistokarolar enliyumurtavaridir, ayaqcıqlıdırlar [1, 2].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri: Sahil səviyyəsindən 0-12 m dərinliklərdə daşların, bulaqqulağılarının və digər yosunların üzərində rast gəlinir. Tək-rək və ya qruplarla rast gəlinir [3].

Yayılması: Sumqayt yaxınlığında və Bakı buxtasında rast gəlinir [3].

Sayı və tendensiyası: Məhdudlaşdırıcı amillərin təsirinə məruz qalması populyasiyanın azalma tendensiyasını yaradır [4].

Məhdudlaşdırıcı amillər: Əsasən neftlə çirklənmə və texniki axıntılar [4].

Mühafizə tədbirləri: Populyasiyanın vəziyyətinə nəzarətə vacibdir [4].

Ədəbiyyat / Reference: 1. Kützing F.T., 1843; 2.Зинова А.Д. 1967; 3. Караева Н.И., 2006; 4. Tərtibçinin məlumatı.

Tərtibçi: Qarayeva N.I.

Şəkil: Zinova A.D.

English name: not found

Habitat: Coastal shallows.

Distribution: Absheron (near Sumgayit, Baku bay).