Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Xəzər monosifonu / not found / Monosiphon caspicus 


Şöbə / Division: Qonur yosunlar – Phaeophyta

Sinif / Class: Phaeosporophyceae

Sıra / Order: Chordariales

Fəsilə / Family: Chordariaceae (Ag.) Grev.

Elmi adı / Scientific name: Monosiphon caspicus (Henck.) Volk. (Chordaria caspica A. Henck.)

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: Populyasiya "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Nadir Xəzər endemikidir.

Qısa morfoloji təsviri: Tallom qaytanvari, qarşı-qarşıya və ya növbəli budaqlanmış, bütün tallom boyu aydın görünən 14 sm uzunluqda və 5 mm qalınlıqda mərkəzi oxa malikdir; substrata rizoidlərlə yapışır. Köndələn kəsikdə mərkəzdə 200 sm diametrli, qalın qılaflı böyük hüceyrə görünür ki, o əvvəlcə bir neçə sıra nisbətən kiçik hüceyrələrlə, sonradan daha kiçik hüceyrələrlə əhatələnmiş olur, bunlar əsasən oxdan və müxtəlif sırada yerləşən hüceyrələrdən çıxaraq onu əhatə edən periferik saplarla sıx şaxələnmiş dəstələrdə birləşir. Periferik sapların əsasında olan hüveyrələr silindirikdir, yuxarıda ellipsvari, uc hissədəki hüceyrələr armudvari və ya şarvaridir, çox iridir, 40-60 sm dimaterindədir. Periferik sapların əsasında olan bazal silinrik hüceyrələrdən əsl rəngsiz tükcüklər inkişaf edir [1, 2].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri: Daşlarda, balıqqulağı və bitki substratlarında 0-19 m dərinlikdə rast gəlinir. Tək-tək fərdlər kimi rast gəlinir, kolluq əmələ gətirmir.

Yayılması: Bakı arxipelaqı (Gil adası) [2, 3].

Sayı və tendensiyası: Populyasiyası hal-hazırda azdır və itmə təhlükəsi altındadır.

Məhdudlaşdırıcı amillər: Naməlumdur [3].

Mühafizə tədbirləri: Populyasiyanın nəzarətə götürülməsi və mütəmadi monitorinqlərin aparılması vacibdir [3].

Ədəbiyyat / Reference: 1. Зинова А.Д., 1967; 2. Караева Н.И., Забержинская Э.Б., 2003; 3. Tərtibçinin məlumatı.

Tərtibçi: Qarayeva N.I.

Şəkil: Zinova A.D.

English name: not found

Habitat: Coastal shallows.

Distribution: Baku archipelago (Gil island).