Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Xəzər ektokarpusu / not found / Ectocarpus caspicus 


Şöbə / Division: Qonur yosunlar – Phaeophyta

Sinif / Class: Phaeosporophyceae

Sıra / Order: Ectocarpales

Fəsilə / Family: Ectocarpaceae (Ag.) Kütz.

Elmi adı / Scientific name: Ectocarpus caspicus Henck. (Ectocarpus confervoides f. fluviatilis (Kütz.) Hauck; Pylaiella litoralis f. fluviatilis (Kütz.) Hauck.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: Populyasiya "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Nadir Xəzər endemikidir.

Qısa morfoloji təsviri: Kolcuq və dolaşıq çim şəklində bitir, hündürlüyü 0,5-2 sm-dir. Tallom əsasda və digər hissələrində inkişaf edən rizoidlərlə substrata yapışır. Rizoidlər bəzən stolonlar kimi substratın üzərində sərilir və belə olduqda rizoidlərdən yeni şaquli cücərtilər əmələ gəlir; nizamsız, çəngəlvari, növbəli və birtərəfli budaqlanır ; tallomun yuxarı hissəsində yan budaqlanmalar üstünlük təşkil edir. Budaqların qalınlığı kifayət qədər fərqli olur: əsas budaqlar 20-30 sm, yan budaqlar əsas budağa nisbətən nazik; uc budaqlar 9-13 sm qalınlıqdadır, çox vaxt uzun tükcüklə bitir [1, 2, 3].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri: Cladophora yosununnun üzərində rast gəlinir [4].

Yayılması: Bakı buxtasına yaxın aşkar edilmişdir [3].

Sayı və tendensiyası: Yeganə lokalitetində mənfi antropogen təsirlər azalma tendensiyasını yaradır [4].

Məhdudlaşdırıcı amillər: Xəzər dənizinin və dəniz ətrafının çirklənməsi [4].

Mühafizə tədbirləri: Populyasiyanın nəzarətə götürülməsi və mütəmadi monitorinqlərin aparılması vacibdir [4].

Ədəbiyyat / Reference: 1. Генкель А.Г., 1909; 2. Зинова А.Д., 1967; 3. Забержинская Э.Б., 1968; 4. Tərtibçinin məlumatı.

Tərtibçi: Qarayeva N.I.

Şəkil: Zinova A.D., Zaberjinskaya E.B.

English name: not found

Habitat: Coastal shallows.

Distribution: Absheron (Near Baku bay).