Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Xəzər dermatolitonu / not found / Dermatolithon capsicum 


Şöbə / Division: Qırmızı yosunlar – Rhodophyta

Sinif / Class: Florideophyceae.

Sıra / Order: Corallinales

Fəsilə / Family: Corallinaceae Lamour.

Elmi adı / Scientific name: Dermatolithon capsicum (Foslie) Zaberzh. (Melobesia caspica Foslie, Litholepis caspica Foslie).

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: Populyasiya "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Nadir Xəzər endemikidir.

Qısa morfoloji təsviri: Nazik və ya kifayət qədər qalın qabıqlar əmələ gətirir, cavan olduqda yuvarlaq, yaşlandıqca qeyri-müəyyən çevrə formasını alır. Qabıqlar birqatlıdır, çox vaxt bir-birinin üzərinə söykənmiş olur və buna görə çoxqatlı görünür. Tallom bütün aşağı səthi ilə süxura yapışır. Hipotali hüceyrələri köndələn kəsikdə (14)23 – 34 sm hündürlükdə və 11-17 sm enindədir; hüceyrələrin uzunluğu eninə bərabərdir və ya iki dəfə ondan böyükdür. Konseptakul tetrasporangili, spermatangi və karposporlarla birgə 315 sm diametrindədir və hündürlüyü 143 mm. Tetrasporanginin hündürlüyü 46-65 sm və qalınlığı 26-37 sm; karposporlar demək olar ki, şarvaridir, 31-46 (63) sm diametrindədir [1, 2].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri: Canlı və ölü balıqqulağı üzərində 4-6 m dərinliyində sinuziya, təsadüfi hallarda 14-15 m dərinliklərdə eyni tipli qruplaşma əmələ gətirir. Kolluq əmələ gətirmir.

Yayılması: Xəzərin cənub hissəsində geniş yayılmışdır [3].

Sayı və tendensiyası: Məhdudlaşdırıcı amillərin təsirinə məruz qalması populyasiyanın azalma tendensiyasını yaradır [3].

Məhdudlaşdırıcı amillər: Təsərüfat fəaliyyətinin nəticəsi kimi lilin əmələ gəlməsi. Bu işıqlanmanı məhdudlaşdırır [3].

Mühafizə tədbirləri: Populyasiyanın vəziyyətinə nəzarət vacibdir [3].

Ədəbiyyat / Reference: 1. Foslie M., 1890; 2.Зинова А.Д., 1967; 3. Tərtibçinin məlumatı.

Tərtibçi: Qarayeva N.I.

Şəkil: Huisman J.M.

English name: not found

Habitat: Coastal shallows.

Distribution: Southern part of Caspian Sea.