Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Vsevolod armudu / not found / Pyrus vsevolodii 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida

Sıra / Order: Rosales

Fəsiə/ Family: Gülçiçəklilər – Rosaceae Juss.

Elmi adı / Scientific name: Pyrus vsevolodii Heidemann

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aiddir –NT. Azərbaycanın nadir növüdür. Qafqaz endemikdir.

Regional IUCN Statusu: VU D1 [3].

Qısa morfoloji təsviri: 7-8 m-ə qədər boyunda alçaq gövdəli ağacdır. Gövdəsinin qabığı tünd-boz rəngdədir. Yarpaqları uzunsov və ya ellipsvari, lanset formalı, kənarlardan tamdır, xırda tükcüklüdür. Saplağı nazik və çılpaq olub, yarpaqdan yarım dəfə qısadır. Meyvələri yumru və xırda, meyvə saplağı meyvədən 1-2 dəfə uzun olub, tükcüklüdür. Yetişmiş meyvələri tutqun, göyümtül rəngdə olur [1, 2].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Aprel –may aylarında çiçəkləyir. Meyvələri avqust-sentyabrda yetişir. Tozlanması entomofildir. Quraqlığa davamlıdır, əhəngli torpaqlarda yaxşı bitir.

Yayılması: Böyük Qafqazın Quba sahəsi (Şabran rayonu, Taxtalar kəndi və Xızı rayonu, Altıağac kəndi).

Sayı və tendensiyası: Ehtiyatı azdır. Tək-tək və qrupla rast gəlinir [4].

Məhdudlaşdırıcı amillər: Meyvələri yerli əhali tərəfindən toplanır, gəmiricilər və quşlar tərəfindən yetişmədən əvvəl yeyilir. Mal-qara otarılması təbii bərpanı çətinləşdirir.

Mühafizə tədbirləri: Altıağac Milli Parkında mühafizə olunur.

Ədəbiyyat / References: 1. Azərbaycanın ağac və kolları, 1970; 2. Səfərov İ.S., Əsədov K.S. 1984; 3. Schtaz G., Shulkina T., Solomon J., 2013; 4. Tərtibçinin məlumatı.

Tərtibçilər: Fərzəliyev V.S.

Şəkil: Fərzəliyev V.S.

English name: not found

Habitat: Lower and middle mountain zone.

Distribution: Guba part of the Greater Caucasus (Shabran region – Takhtalar village, Khizi region-Altiaghaj settlement).