Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Vanatur görtikanı (Zımbırtikan) / not found / Eryngium wanaturii 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida

Sıra / Order: Araliales

Fəsiə/ Family: Kərəvüzkimilər—Apiaceae Lindl.

Elmi adı / Scientific name: Eryngium wanaturii Woronow

IUCN Qırmızı Siyahısna göre növün kateqoriyası və statusu I National İUCN Status: "Nəsli kəsilmək təhlükəsində olanlar '' kateqoriyasına aiddir – EN B1b(i,ii,iii)+ 2ab (i,ii,iii). Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Çoxillik ot bitkisidir, boyu 40-50 sm-dir. Kökətrafı yarpaqları çox uzundur, dərivaridir, xətlidir, kənarları bütövdür. Çətirlərinin diametri 10-12 mm-dir, təpədə olan çətirləri 2-3 ədəddir. Sarğı yarpaqcıqları çiçəkdən iki dəfə uzundur və sərtdir. Meyvələri tikanlıdır [2].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri: Çiçəkləmə iyun, meyvəvermə iyul aylarına təsadüf edir. Mezokserofit bitkidir. 1500-1700 m dəniz səviyyəsi hündürlüyündə yayılmışdır, tək-tək halda müşahidə edilir. Çay kənarlarında, otlu yamaclarda və subalp çəmənlərdə rast gəlinir [1].

Yayılması: Naxçıvanın dağlıq hissəsi (Şahbuz rayonu- Küküdağ (Dərəboğaz), Culfa rayonu – Aracıq dağ (Xəzinədərə), Ordubad rayonu –Parağa kəndi ətrafı) [2, 3].

Sayı və tendensiyası: Populyasiyanın məhdud sahələrdə yayılması və mənfi təsirlərə məruz qalması azalma tendensiyasını sürətləndirir [4].

Məhdudlaşdırıcı amillər: Antropogen amillər və iqlim.

Mühafizə tədbirləri: Populyasiya təhlükə altında olduğundan qorunması vacibdir [2, 3].

Ədəbiyyat / References: 1. Красная Книга СССР, 1984; 2. İbadullayeva S.C., 2004; 3. Naxçıvan MR-in Qırmızı Kitabı, 2010; 4. Tərtibçinin məlumatı.

Tərtibçilər: İbadullayeva S.C.

Şəkil: Naxçıvan MR-in Qırmızı kitabı, 2010.

English name: not found

Habitat: Grassy slopes, river banks, subalpine meadows.

Distribution: Mountain part of Nakhchivan (Shahbuz region- Kukudagh (Dereboghaz), Julfa region Arajig mountain (Khezinedere), Ordubad region –around Paragha village.