Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Vəsli daşdələn / not found / Saxifraga adenophora 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida

Sıra / Order: Saxifragales

Fəsiə/ Family: Daşdələnkimilər – Saxifragaceae Juss.

Elmi adı / Scientific name: Saxifraga adenophora C. Koch

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir –EN B2ab(i,ii,iii, iv). Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Çoxillik ot bitkisidir. Gövdə zoğları sıx, kirəmitli yarpaqcıqlı, çiçəkli, düz vəziciklidir. Budaqlı zoğların yarpaqları 3 bölümlü, küt hissəciklərlə, aydın görünən damarlı, çılpaq, kənardan vəzciklidir. Çiçək qrupu azçiçəklidir. Kasacıq vəzicikli, 5 yumurtavari küt hissəiklidir. Ləçəklər ağ, tərs-yumurtavari, 3 damarlı, kasacığın hissəciklərindən 2 dəfə uzundur. Qutucuq dairəvidir [1, 2].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Çiçəkləmə -meyvə əmləgətirmə dövrü iyul-avqust aylarına təsadüf edir. Kserofit bitkidir [1].

Yayılması: Böyük Qafqzın Quba hissəsi və Kiçik Qafqazın şimal hissəsi [1].

Sayı və tendensiyası: Populyasiyaları məhdudlaşır, azalma tendensiyası müşahidə olunur [3].

Məhdudlaşdırıcı amillər: Yaşama ərazisinin deqradasiyası, populyasiyanın zəif bərpası və antropogen amillər.

Mühafizə tədbirləri: Mühafizəsi üçün xüsusi tədbirlər aparılmır, yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədi ilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, həmçinin toxum bankında saxlanılması, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması təklif olunur.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1953; 2. Флора СССР, 1939; 3. Tərtibçinin məlumatı.

Tərtibçilər: Əhmədzadə F.Ə.

Şəkil: Banketov S.A.

English name: not found

Habitat: Mountainous areas.

Distribution: Guba part of the Greater Caucasus; Northern (AZ) Lesser Caucasus.