Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Vələsyarpaq azat / Caucasian zelkova / Zelkova carpinifolia 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida

Sıra / Order: Urticales

Fəsiə/ Family: Dağdağankimilər – Celtidaceae Link.

Elmi adı / Scientific name: Celtis caucasica Willd.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir –EN B1ab(i, ii, iii, iv, v)c(iii) + 2b(i) c (ii,iii). Azərbaycanın nadir növüdür.

QlobalIUCN Statusu: NT

Qısa morfoloji təsviri: 20(15)-25(35) m hündürlükdə ağacdır, oduncağı 2 m diametrində, boz-qonurumtul rəngdədir. Budaqlarının yarpaqları yumurtavari, (1,5) 2-3,5 (4,6) sm uzunluqda, sivri, qaidədə qyeri –bərəabəryanlı, aşağıda damarlar boyunca qısA, yumşaqtüklü , oturaq və ya 0,5 (1) mm uzunluqda saplaqı, kənarları küt dişlidir. Dişicikli çiçəkləri zəngçiçəyi quruluşunda, yaşılımtıl –ağ və ya qonurdur. Fındıqcığı küncvari, qısa yumşaq tüklü və ya çılpaq, qırılı, yaşılımtıl, birtoxumlu, buruncuğu fındıqcığın təpəsinin altında yerləşir [1].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Çiçəkləməsi mart, meyvə əmələgətirmə dövrü avqust-sentyabr aylarıdır. Toxum və vegetativ yolla çoxalr, mezofitdir, arandan orta dağ qurşağına kimi, meşələrdə Parrotia persica, Carpinus caucasica, Quercus castaneifolia, Mespilus germanica, Ulmus foliaceae bitkilərindən təşkil olunmuş senozlarda komponent kimi iştirak edir [1, 3]. Dekorativ bitkidir. Lənkəran ovalığının meşə zolaqlarının qorunmasında və dağ yamaclarında meşələrin salınmasında istifadə oluna bilər [1, 2].

Yayılması: Kiçik Qafqazın mərkəzi və cənub rayonları (Şuşa, Füzuli), Lənkəran ovalığı və Lənkəranın dağlıq hissəsi (Masallı rayonu –İstisu sanatoriyası ətrafında olan eşələrdə və Yardımlı, Lənkəran, Lerik, Astara rayonlarının meşələrində) [1, 2, 3].

Sayı və tendensiyası: Populyasiyaları məhdudlaşır, azalma tendensiyası müşahidə olunur [4].

Məhdudlaşdırıcı amillər: Antropogen təsir (ağacların qırılması).

Mühafizə tədbirləri: Hirkan Milli Parkında mühafizə olunur [3]. Təbii meşələrin kəsilməsi üzərində nəzarəti gücləndirmək tələb olunur.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1952; 2. Azərbaycan SSR-in Qırmızı Kiatbı, 1989; 3.Safarov H.M., 2010; 4. Tərtibçilərin məlumatları.

Tərtibçilər: Fərzəliyev V.S., Kərimov V.N., Mustafayeva S.C.

Şəkil: Yusifov E.F., Mehdiyeva N.P.

English name: Caucasian zelkova

Habitat: Lowland and mountain forests.

Distribution: Central (AZ) Lesser Caucasus and Southern (AZ) Lesser Caucasus (Shusha, Fizuli); Lankaran lowlands; mountain part of Lankaran ( Masalli region – forests around Istisu sanatorium and forests of Yardimli, Lankaran, Lrik, Astara regions).