Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Uzunsovyarpaq süddüyən  / not found / Euphorbia oblongifolia 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida

Sıra / Order: Euphorbiales

Fəsiə/ Family: Südləyənkimilər –Euphorbiaceae Juss.

Elmi adı / Scientific name: Euphorbia oblongifolia (C. Koch) C. Koch

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Çoxillikdir, hündürlüyü 30(20)-70 sm-dir. Yarpaqları (üst tərəfindən başqa) qısa saplaqlı, küt-ürəkşəkilli, uzunsov, uzunluğu 3-8 sm-dir. Çiçəklər 5-8 saydadır, qoltuq tumurcuğunda olduğu kimi 1-2 dəfə yarıya bölünmüşdür. Qın yarpaqları uzunsov, sivriləşmiş, uzunluğu 1,5-3,5 sm, yarımdairəvidir. Qədəhcik enli-zıngrovlu, uzunluğu 2-,25 mm, içərisi tükcüklü, qısa-yumurtaşəkilli, qısalmış və kirpikcikli qanadlıdır. Qutucuq yastılanmış yumurtaşəkilli, üç dərinşırımlı və dairəvi qabarıq nöqtə şəklində qanadlıdır. Toxumları dairəvi –yumurtaşəkilli, uzunluğu 2,5-2,8 mm, hamar, bozumtul-qara kiçik çıxıntılıdır [1].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: İyun –iyul (avqust) aylarında çiçəkləyir. Aranda və dağətəyi qurşaqlarda, quru yerlərdə bitir [1].

Yayılması: Lənkəranın dağlıq hissəsi [1, 2].

Sayı və tendensiyası: Populyasiyanın sayı azalır, yaşama ərazisi məhdudlaşır, azalma tendensiyası müşahidə olunur [2].

Məhdudlaşdırıcı amillər: Antropogen amillər (tapdalanma).

Mühafizə tədbirləri: Mühafizəsi üçün xüsusi tədirlər aparılmır, yayılma yerlərində antroogen təsiri azltmaq məqsədi ilə yasaqlılların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxu bankında saxlanılması, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması təklif olunur.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1955; 2. Tərtibçinin məlumatı.

Tərtibçilər: Şükürov E.S.

Şəkil: Şükürov E.S.

English name: not found

Habitat: Dry sites of lowlands and lower mountain zone.

Distribution: Mountain part of Lankaran.