Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Uzun usneya / Old man’s beard or Methuselah’s beard lichen / Usnea longissima 


Şöbə / Division: Şibyələr – Lichenophyta

Sinif / Class: Lecanoromycetes

Sıra / Order: Lecanorales Nannf.

Fəsilə / Family: Parmeliasea – Parmeliaceae Tuck.

Elmi adı / Scientific name: Usnea longissima Ach. (usnea laricina Vain.)

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir– VU D2. Nadir növdür.

Qısa morfoloji təsviri: Tallomu kolşəkilli, uzundur, sallaqdır, uzunluğu 60 sm-ə qədər, açıq oz-yaşıl və ya sarımtıl –boz rənglidir, sadə və ya zəif budaqlanandır. Budaqları nazikdir, diametri 1 mm-ə qədər, uzunluğu 1-3 sm-ə qədərdir, fibrilli və azsaylı soredilidir. Özəyi zəif inkişaf edib, mərkəzi silindr möhkəmdir, tallomu yarıya qədər doldurur. Yodun təsirindən rəngi göyərir. Apotesilər bizim nümunələrdə yoxdur [1].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri: Mezokserofitdir, işıqsevəndir, sporla və soredillərlə çoxalır. Antimikrob xüsusiyyətinə görəqədim xalq təbabətində, cərrahiyədə, ginekologiyada yaraların sağalmasında istifadə olunur [3, 4, 5].

Yayılması: Lənkəranın dağlıq hissəsi İLənkəran, Bobola və Alekseyevka kəndinin yaxınlığında; Astara, Armudlu kəndi yaxınlığında), Zaqatala rayonu (Zaqatala Dövlət Qoruğu, 1800-1950 m hündürlüyündə, ağaclarda) [2, 3].

Sayı və tendensiyası: Populyasiya azalır. Antropogen və iqlim təsirləri növün itmə təhlükəsini gələcəkdə yarada bilər.

Məhdudlaşdırıcı amillər: Əhali tərəfindən ağacların qırılması və atmosferin çirklənməsi

Mühafizə tədbirləri: Yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədi ilə yasaqlıqların təşkili vacibdir.

Ədəbiyyat / Reference: 1. Бархалов Ш.О. 1969; 2. Шретер А.И., 1979; 3. Атлас ареалов и ресурсов лекарственных растеный СССР, 1980; 4. Новрузов В.С., 1990; 5.http://aromatherapy.org.ua/content/view/213/105; 6. Tərtibçinin məlumatı.

Tərtibçi: Alverdiyeva S.M.

Şəkil: Alverdiyeva S.M.

English name: Old man’s beard or Methuselah’s beard lichen

Habitat: On trees of humind mountain forests.

Distribution: Western (AZ) Greater Caucasus (Zagatala region –Zagatala State Nature reserve, 1800-1950 m.); mountain part of Lankaran (lankaran –near to Bobla and Alexeyevka village, Astara –close to Armudlu village).