Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Torlu qaymaqçiçəyi / not found / Ranunculus arachnoideus 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida

Sıra / Order: Ranunculales

Fəsiə/ Family: Qaymaqçiçəkkimilər – Ranunculaceae Juss.

Elmi adı / Scientific name: Ranunculus arachnoideus C.A. Mey.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU A2c+3c. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Çoxillik ot bitkisidir. 5-6 sm hündürlükdədir. Kökətrafı yarpaqları uzun saplaqlıdır, yarpaq ayası dairəvi-ürəkvari, qalın, göyümtül, əsasən dərin 3 bölümlüdür. Orta dilimi enli, tərs-yumurtavaridir. Yan tərəfdəkilər romb şəkilli, 2 dərin bölümlüdür. Gövdə yarpaqları kiçilmiş, əsasından 3 lansetvari və ya uzunsov – lansetvari, tamkənarlı və ya dişli seqmentlərə bölünmüşdür. Nektarlığı 12-16 mm uzunluqda, qızılı-sarı, geniş yumurtavaridir. Meyvələri 3-3,5 mm uzunluqda, tərs-yumurtavari, yan tərəfədn sızılmış, hamar, təpə hissədən qarmaqvaridir [1].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Çiçəkləmə iyul-avqust aylrında baş verir. Alp qurşağında rast gəlinir. Yüksək dağlığın 3000-3800 (4000) m hündürlüyündə əsasən subnival və alp qurşaqlarında rast gəlinir[1].

Yayılması: Böyük Qafqazın Quba sahəsi, şərq və qərb hissələri [ 1, 2, 3, 4].

Sayı və tendensiyası: Təbii ehtiyatı azalır. Populyasiyanın vəziyyətinin və təbii bərpanın ətraf mühitin dəyişilən asılıllığı müşahidə olunur [ 4].

Məhdudlaşdırıcı amillər: Təbii amillər (subnival qurşağın bitkisi olduğundan və qısa vegetativ dövrə malik olması, ətraf mühit amillərinə çox həssaslığı və qeyri stabil çınqıllı torpaqların tez-tez eroziyaya məruz qalması).

Mühafizə tədbirləri: Yayıldığı ərazilərin mütəmadi monitorinqinin aparılması, toxumla yaxşı çoxaldığından mümkün qədər toxum ehtiyatının yığılması.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1953; 2. Əsgərov A.M., 2005; 3. Məmmədov Q., Yusifov E., Xəlilov M., Kərimov V., 2012; 4.Tərtibçinin məlumatı.

Tərtibçilər: Kərimov V.N.

Şəkil: Litvinskaya S.A., Şükürov E.S.

English name: not found

Habitat: Alpine zone.

Distribution: Guba part of the Greater Caucasus, Eatern (AZ) Greater Caucasus, Western (AZ) Greater Caucasus.