Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Torlu iridodiktum / not found / İridodictyum reticulatum 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Liliopsidlər – Liliopsida

Sıra / Order: İridales

Fəsiə/ Family: Süsənkimilər – İridaceae Juss.

Elmi adı / Scientific name: İridodictyum reticulatum (Bieb.) Rodionenko (İris reticulata Bieb.)

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aiddir –NT. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Çoxillik ot bitkisidir. Hündürlüyü 10-20 sm –dir. Soğanağı yumurtavari, 1,5-2,5 sm enində, xaricdən qəhvəyi və boz-qəhvəyi qınla örtülmüşdür. Təpə hissədə qısa saplaqlı 1 çiçəyi var. Yarpaqları 2-4, yaşıl nazik, dördtilli, ağımtıl, iti ucludur. Çiçəkyanlığının borucuğu bir neçə dəfə yumurtalıqdan uzundur. Çiçəkyanlığı 3,5 -3 sm uzunluğunda, iyşəkilli, bənövşəyi, xarici tərəfdən uzununa parlaq-sarı zolaqlı və dairəvi, təpə hissədən horizontal tünd –bənövşəyi damarlıdır. Qutucuq silindrik, hər iki tərəfdən sıxılmışdır [1].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Çiçəkləmə və meyvə əmələgətirmə dövrü mart—aprel ayına təsadüf edir. Kriptofit (geofit) bitkidir. Arandan aşağı dağ qurşağına kimi kolluqlararası, meşə kənarı və otlu yamaclarda Muscari leucostomum,ç Bellevalia albana, Scilla sibirica, Gagea taurica, Arum elongatum bitkilərindən təşkil olunmuş senozlarda komponent kimi iştirak edir. Dekorativ və boyaq bitkisidir [1, 2, 4].

Yayılması: Böyük Qafqazın Quba hissəsi (Altıağac qəsəbəsi ətrafında), Samur-Dəvəçi və Kür-Araz ovalıqları, Kür düzənliyi, Qobustan, Diabar, Bozqır yaylası, Xəzəryanı ovalıq (Xızı rayonu) [1, 2, 3, 5].

Sayı və tendensiyası: Populyasiyanın vəziyyətinin və təbii bərpanın ətraf mühitin dəyişilməsindən asılılığı müşahidə olunur. Populyasiyalarının sayı azalır [5].

Məhdudlaşdırıcı amillər: Antropogen amillər (intensiv otarılma, xırdabuynuzlu heyvanlar tərəfindən tapdalanması və dekorativ bitki kimi toplanması).

Mühafizə tədbirləri: Mühafizəsi üçün yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, soğanaq və toxumlarının toxum bankında saxlanılması, bərpasını təmin etmək, yeni yayılma yerlərinin axtarılması təklif olunur.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1952; 2. Azərbaycan SSR-in Qırmızı kitabı, 1989; 3. Ибадлы О.В. 2005; 4. Qasımov M.Ə., Qədirova G.S., 2009; 5. Tərtibçilərin məlumatları.

Tərtibçilər: Mehdiyeva N.P., Qaraxani P.X., Mustafayeva S.C., Kərimov V.N.

Şəkil: Kərimov V.N.

English name: not found

Habitat: Shrublands? Grassland and forests from lowlands to lower mountain zone.

Distribution: Guba part of the Greater Caucasus (surroundings of Altiaghaj settlement); Samur-Devechi lowlands; Caspian lowlands (Khizi region); Gobustan; Bozgir plateau; Kur plain; Kur-Araz lowlands; Diabar [1, 2, 3].