Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Tatar iksiolirionu / Siberia lily, Lavendar mountain lily or Lily-of-the-Altai / İxiolirion tataricum 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Liliopsidlər – Liliopsida

Sıra / Order: İridales

Fəsiə/ Family: İksiolirionkimilər—İxioliriaceae Nakai

Elmi adı / Scientific name: İxiolirion tataricum (Pall.) Schult.et Schult.fil. (ixiolirion montanum (Lasill) Herbert.)

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir –VU A2c+3c. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: 15—25 mm hündürlüyündə soğanağı olan çoxillik ot bitkisidir. 9-12 (17) mm enində, ovalşəkillidir. Gövdə 35(45) sm-dir. Yarpaqları dar xətvari, çiçəkləri, seyrək, salxım və qalxançiçək qrupunda toplanmışdır. Çiçəkyanlığı 6 bölümlü, uzunsov qıfşəkilli, mavi və ya göydür. Çiçəkyanlığı hissələri 3—4 sm uzunluğunda, üçdamarlı, 3 xarici hissə qısa olub, sivriləşmiş, daxildəkilər bir qədər kütdür. Tozluq uzunsov, sancaqşəkillidir [1].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Çiçəkləmə və meyvə əmələgəlmə dövrü may-iyun aylarına təsadüf edir. Soğanaqla çoxalır. Mezokserofitdir. Aşağı, orta, yuxarı dağ qurşağına quru, gilli və daşlı-çınqıllı torpaqlarda bitir [1, 3].

Yayılması: Herbari məlumatlarına əsasən ilk dəfə 1936-cı ilin iyulun 26-da Naxçıvanın dağlıq hissəsində Şahbuz rayonu Kükü kəndi ətrafından yığılmışdır. Lakin bir neçə ekspedisiyada orada mövcud olmadığı göstərilmişdir. Hal-hazırda onu Ordubad rayonu Dırnız kəndi və Nüsnüs kəndləri arasında, mis mədəni ətrafında və Diabarda(Zuvand) yayıldığı müəyyən olunmuşdur [1, 2, 4, 5].

Sayı və tendensiyası: Populyasiyanın sayı azalır. Fraqmentləşmiş sahələrin və yaşayış mühitinin keyfiyyətinin davam edən azalması müşahidə olunur [5].

Məhdudlaşdırıcı amillər: Otarılma, tapdalanma və əhali tərəfindən intensiv yığılması nəticəsində yaşama ərazisi məhdudlaşır.

Mühafizə tədbirləri: Mühafizəsi üçün xüsusi tədbirlər görülmür. Xüsusi nəzarət altına alınmalı, yasaqlıqlar təşkil olunmalıdır.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1952; 2. İbadlı O.V., 2004; 3. Ибадлы О.В. 2005; 4. Talıbov T.H., İbrahimov Ə.Ş., 2008; 5. Tərtibçilərin məlumatları.

Tərtibçilər: İbadlı O.V., Qaraxani P.X.

Şəkil: Qaraxani P.X.

English name: Siberia lily, Lavendar mountain lily or Lily-of-the-Altai

Habitat: Dry, clayey and stony soils of lower, middle and higher mountain zone.

Distribution: The species was collected in the mountains of Nakhchivan (Shahbuz region around Kuku village) on 26 July, 1936. However, it could not be found again during subsequent expeditions. At present it is confirmed for Dirnis and Nusnus villages of Ordubad region (around the copper mine) and for Diabar (Zuvand) [2, 4].