Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Talış qoyunqulağı / Takysh campion / Silene talyschensis 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida

Sıra / Order: Caryyophyllales

Fəsiə/ Family: Qərənfilkimilər—Caryophyllaceae Juss.

Elmi adı / Scientific name: Silene talyschensis Schishk.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir, endemik növüdür.

Regional IUCN Statusu: VU D2 [3].

Qısa morfoloji təsviri: Birillik ot bitkisidir. Gövdələri 20-25 sm hündürlükdədir. Kökyanı yarpaqları kiçik, uzunsov, tərs – yumurtavari, ket, saplaqlı, gövdə və lansetli, sivri, aşağı hissədə qısa saplağa çatanda daralır, çox vaxt ellipsşəkilli və ya yumurtavari, 2-4 sm uzunluqda, 0,5-2 sm enində, yuxarı yarpaqlar isə oturaqdır. Budaqlarda yerləşən çiçəklər birtərəfli, oturaq, çiçəkləmə vaxtə horizontal əyilmiş vəziyyətdə olur. Kasacıq 10-12 mm uzunluqda, silindrik, ağ ya da boz tüklənmiş qıvrım tüklərlə örtülmüşdür. Qozası 6-7 (8) mm uzunluğunda, enli-yumurtavari, qısa 1,5-2 mm-dək çılpaq karpofor üstündədir. Toxumlar 1,5-2 mm uzunluqda, tumurcuqvri, qara, qabarıqlıdır [1].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Çiçəkləmə-meyvə əmələgətirmə dövrü may –iyun-iyul aylarına təsadüf edir. Toxumla çoxalır, quraqlığa davamlı, işıqsevəndir. Dağ kserofit qruplaşmalarının komponentidir. Orta daö qurşağında quru, çınqıllı yamaclarda, çınqıl daşlarda rast gəlinir [1, 2].

Yayılması: Diabar [1, 4].

Sayı və tendensiyası: Antropogen amillərin təsiri nəticəsində yaşama ərazisi məhdudlaşır, populyasiyada azalma tendensiyası müşahidə olunur [4].

Məhdudlaşdırıcı amillər: Antropogen amillər (tapdalanma, otarılma) və populyasiyanın zəif təkrar olunması.

Mühafizə tədbirləri: Xüsusi mühafizə tədbirləri aparılmır. Yeni yayılma yerlərinin aşkar edilməsi, toxumlarının toxum banklarında saxlanılması, introduksiya edilməsi təklif olunur.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1952; 2. Ахундов Г.Ф., 1972; 3. Schtaz G., Shulkina T., Solomon J., 2013; 4. Tərtibçilərin məlumatları.

Tərtibçilər: Abdıyeva R.T., Səfərov H.M.

Şəkil: Səfərov H.M.

English name: Takysh campion

Habitat: Dry, gravelly slopes of middle mountain zone.

Distribution: Diabar.