Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Təkyumrulu qılaqotu / Musk orchid / Herminium monorchis 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Liliopsidlər – Liliopsida

Sıra / Order: Orchidales

Fəsiə/ Family: Səhləbkimilər – Orchidaceae Juss.

Elmi adı / Scientific name: Herminium monorchis (L.) R. Br.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Çoxillik ot bitkisidir. Kökyumruları şarşəkillidir, diametri 5—9 mm-dir. Gövdənin hündürlüyü 10—25 sm-dir. 2(az hallarda 3) lnsetyarpaqlı, kök hissədə yerləşir, çiçək qurupu nazik, sıx olmayan salxım şəklindədir. Çiçəkləri xırda, sarı—yaşıl, bal ətirlidir. Çiçək dodağı nizəşəkilli, uzunluğu 3.25—3.75 mm, yan qanadları xətvari, kütdür, ortadakından 2 dəfə qısadır [1].

Biloji, ekoloji və fitosenoloji xüsusiyyətləri: İyun-iyul aylarında çiçəkləyir. Yüksək dağ qurşaqlarında (1900—2000 (2500) m), subalp çəmənlərində, tozağacı meşələrində rast gəlinir [1].

Yayılması: Böyük Qafqazın Quba sahəsi (Ləzə kəndi ilə Şahdağ dağı arasında) [1, 2].

Sayı və tendensiyası: Populyasiyası nadirdir, mənfi amillərin təsiri nəticəsində yayılma ərazisi azalır [2].

Məhdudlaşdırıcı amillər: İqlim dəyişkənliyi, otarılma və tapdalanma müşahidə olunur [2].

Mühafizə tədbirləri: Mühafizəsi üçün xüsusi tədbirlər aparılmır. Yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədi ilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxum bankında saxlanılması, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması təklif olunur.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1952; 2. Tərtibçilərin məlumatları.

Tərtibçilər: Şükürov E.S., Nəbiyev M.A.

Şəkil: Ovari M.

English name: Musk orchid

Habitat: Subalpine meadows and birch forests at higher elevation.

Distribution: Guba part of Greater Caucasus (between Leze village and Shahdagh mountain).