Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Soyuq novruzçiçəyi / Chilly primula / Primula algida 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida

Sıra / Order: Primulales

Fəsiə/ Family: Novruzçiçəkkimilər – Primulaceae Vent.

Elmi adı / Scientific name: Primula algida Adams.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU A2c+3c. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Üzəri unlu ləkəli və ya çılpaq çoxillik ot bitkisdir. Kökətrafı yarpaqları sıx rozet əmələ gətirir. Kökümsovu qısadır, ağımtıl əlavə kökləri vardır. Yarpaqları (saplaqla) 2-4 sm uzunluqda, 0,5-2,5 sm enindədir, uzunsov-kürəkvari və ya tərs –yumurtavaridir. Təpə hissədən dairəvi və ya kütdür. Çiçək qrupu başcıqdır, 3-25 çiçəkli, sıxdır. Kasacığı 5-10 mm uzunluğunda, zəngşəkilli, 5 damarlıdır. Qutucuğu uzunsovdur. Toxumları düzgün olmayan yumurtavri, tünd-qonur, 0,5-0,8 mm uzunluqdadır [1].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Çiçəkləmə aprel-iyun, meyvəverməsi may-iyun aylarında baş verir. Aşağı dağ qurşağından subalp qurşağına qədər meşə və meşə kənarlarında, kolluqların arasında, çəmənliklərdə rast gəlinir. Dekorativ bitkidir [1,2].

Yayılması: Böyük Qafqazın Quba sahəsi, şərq və qərb hissələri, Kiçik Qafqazın şimal, cənub və mərkəzi hissələri, Naxçıvanın dağlıq hissəsi [1, 2, 3].

Sayı və tendensiyası: Antropogen təsirlər nəticəsində yayılma ərazisi məhdudlaşır, populyasiyada azalma tendensiyası müşahidə olunur [3].

Məhdudlaşdırıcı amillər: Yay otlaqlarının sistemsiz və həddindən artıq otarılması. Xüsusi mühitə tələbkarlıq və dəyişən iqlim amillərinə həssaslıq.

Mühafizə tədbirləri: Milli Park və qoruqların ərazisindəki areallarının nəzarətə götürülməsi. Mühafizə tədbirləri lazımi qaydada aparılsa, təbii bərpa yolu ilə qısa müddətdə vəziyyət müsbətə doğru dəyişə bilər.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1957; 2. Əsgərov A.M., 2005; 3. Tərtibçilərin məlumatları.

Tərtibçilər: Kərimov V.N.

Şəkil: Kərimov V.N.

English name: Chilly primula

Habitat: Forests, forest edges and meadows from lower mountain zone to alpine zone.

Distribution: Guba part of the Greater Caucasus; Eastern (AZ) Greater Caucasus; Western (AZ) Greater Caucasus; Northern (AZ) Lesser Caucasus; Southern (AZ) Lesser Caucasus; Cnetral (AZ) Lesser Caucasus; mountain part of Nakhchivan.