Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Soviç ilankölgəsi / not found / Ferula szowitsiana 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida

Sıra / Order: Araliales

Fəsiə/ Family: Kərəvüzkimilər—Apiaceae Lindl.

Elmi adı / Scientific name: Ferula szowitsiana DC.

IUCN Qırmızı Siyahısna göre növün kateqoriyası və statusu I National İUCN Status: "Nəsli kəsilmək təhlükəsində olanlar '' kateqoriyasına aiddir – EN B1abc (ii,iii,iv). Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Çoxillik bitkidir.Bitkinin hündürlüyü 50 sm-dir. Kökətrafı yarpaqları üçküncdür, üçər bölümlüdür, son ayları lansetvari və ya ovalvaridir, 15 mm uzunluğundadır. Ləçəkləri uzunsovdur, kənardakılar tükcüklüdür, uzunluğu 1,5 mm-dir. Meyvələrinin kənarları enli qanadlıdır, diametri yarımmeyvə ilə bərabərdir [1, 3].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri: Çiçəkləmə may-iyun, meyvəvermə iyul ayına təsadüf edir. Aşağı dağ qurşaqlarında, gilli-gipisli və quru, daşlı dərələrdə rast gəlinir.

Yayılması: Naxçıvanın dağlıq hissəsi (Duzdağ ərazisi; Sədərək rayonu-Vəlidağ, Şərur rayonu-Ardıcdağ; Culfa rayonu –Dərəşam ərazisi) [1,6].

Sayı və tendensiyası: Populyasiya məhdud ərazilərdə və azsaylı olduğu üçün ehtiyatı azdır [5, 7].

Məhdudlaşdırıcı amillər: Antropogen iqlim amillərinin məhdudlaşdırıcı təsiri.

Mühafizə tədbirləri: Populyasiya təhlükə altında olduğundan qorunması vacibdir [2, 6]. Yayıldığı mühitə uyğun geniş ərazilərdə reintroduksiya edilməlidir [4].

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1955; 2. Azərbaycan SSR-in Qırmızı kitabı, 1989; 3. İbadullayeva S.C., 2004; 4. Ибадуллаева С.Д., 2009; 5. Movsumova N.V., İbadullayeva S.J., Sultanova Z.R., 2009; 6. Naxçıvan Mr-in Qırmızı Kitabı, 2010; 7.Tərtibçinin məlumatı.

Tərtibçilər: İbadullayeva S.C.

Şəkil: Movsumova N.V., Naxçıvan Mr-in Qırmızı Kitabı, 2010.

English name: not found

Habitat: Clayey, dry and stony valleys of lower mountain zone.

Distribution: Mountain part of Nakhchivan (Duzdagh area; Sederek region-velidagh; Sharur region-Ardijdagh;Julfa region Deresham area).