Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Sarınmış üçküncmeyvə / not found / Trigonocaryum involucratum 


Şöbə / Division: Maqnoliyakimilər - Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər - Magnoliopsida

Sıra / Order: Boraginales

Fəsilə / Family: Göyzəbançiçəyikimilər – Boraginaceae Juss.

Elmi adı / Scientific name: Trigonocaryum involucratum (Stev.) Kusn.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c + 3c. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Tüklü, uzun, nazik köklü bitkidir. Gövdəsi qısadır, qaidə hissədə budaqlanandır, 5-20 sm uzunluqdadır. Yarpaqları 1-1,5 sm uzunluğunda, küt, mərkəzihissəyə getdikcə daralandır. Çiçək qrupu yan çətirlərdən ibarət başcıqlıdır. Çiçək altlığının yarpaqları çiçəyi əhatə edir, 1-2 sm uzunluğundadır. Fromasına görə gövdə yarpaqlarına oxşayır, çiçəklərdən uzundur. Kasacıq 2 mm uzunluqda, oturaq və ya qısa ayaqcıqlıdır, zəngvari, tükcüklüdür. Çiçək tacı ağımtıl və ya göy, çox kiçik, kasacıqdan bir az uzundur. Fındıqcası ağımtıl, iri, 3,5 mm uzunluqda və üçkünclü formadadır [1, 2].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri: Çiçəkləməsi iyun, meyvəverməsi iyul aylarına təsadüf edir. Subalp və lap qurşaqlarında daşlı yamaclarda rast gəlinir [1, 2].

Yayılması: Böyük Qafqazın Quba sahəsi və qərb hissəsi [1, 3].

Sayı və tendensiyası: Populyasiyanın təbii bərpasının zəif olması və sayının azalması müşahidə olunur. Populyasiyaların ekstermal iqlim şəraiti olan yerlərdə yayılması, iqlim amillərinin kəskin dəyişikliyinə həssaslıq müşahidə olunur [4].

Məhdudlaşdırıcı amillər: Antropogen amillər (yay otlaqlıqlarının intensiv otarılması). Yayıldığı ərazilərdə sel daşmalarının və erroziya proseslərinin güclü olması.

Mühafizə tədbirləri: Yayılma yerlərində antropogen təsiri azaltmaq, bərpasını təmin etmək, mütəmadi monitorinqlərin aparılması, populyasiyaların ciddi nəzarətə götürülməsi, mümkün rezervasiya imkanlarının araşdırılması.

Ədəbiyyat / Reference: 1. Флора Азербайджан, 1957; 2. Аскерова Р.К., Керимов В.Н.,1999; 3. Məmmədov Q., Yusifov E., Xəlilov M., Kərimov V., 2012; 4. Tərtibçilərin məlumatları.

Tərtibçi: Kərimov V.N., Raab-Straube, E. von

Şəkil: Kərimov V.N.

English name: not found

Habitat: Stony slopes of subalpine and alpine zone.

Distribution: Guba part of the Greater Caucasus; Western (AZ) Greater Caucasus.