Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Sarı xanıməli / Yellow azalea, Honeysuckle azalea / Rhododendron luteum 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida

Sıra / Order: Ericales

Fəsiə/ Family: Erikakimilər—Ericaceae Juss.

Elmi adı / Scientific name: Rhododendron luteum Sweet

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Kritik təhlükə həddində olanlar” kateqoriyasına aiddir –CR B2ab(ii,iii,iv,v). Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: 2m hündürlükdə koldur. Yarpaqları nazik, tökülən, uzunsov, tərs-yumurtavari, 5-10(12) sm uzunluğunda, 2-3,5 sm enindədir. Çiçəkləri keçən ilki budaqlarda yerləşən çətirvari qalxanlarda toplanmışdır, hansı ki, yarpaqlardan əvvəl açılır. Çiçəkləri 5 üzvlüdür. Kasacığı balacadır, qaidəsinə kimi parçalanmışdır; onun hissəcikləri xətti-lansetvari, küt, vəzili-kirpiklidir. Tacı sarı və ya narıncı rəngdədir, ətirlidir, qıfvari-zəngçiçəyi quruluşundadır, 5-6 sm diametrindədir, ensiz , yuxarı hssədən genişlənən borucuqlu, xaricdən vəzli tüklüdür. Erkəkciklərin sayı 5, sapları əyilmiş , aşağı yarısından tüklüdür. Qutucuğu uzunsov, silindrik, tüklü, 1,5-2,2 sm uzunluğunda, 5 laylı, şırımlı, arakəsmələrin parçalanması ilə açılandır. Toxumları çoxsaylıdır [1].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Çiçəkləmə dövrü may (aprel)-iyun, meyvə əmələgətirmə iyun –avqust aylarına təsadüf edir. Kseromezofitdir. Subalp çəmənlikləri, seyrək işıqlı meşələr və meşə kənarlarında rast gəlinən Sambucus nigra, Tilia begoniifolia, Rubus caucasicus, Crataegus curvisepala, Diospyros lotus və Phytolacca americana növləri ilə birgə senozda komponent kimi iştrak edir [1, 3]. Zəhərlidir. Dekorativ, efiryağlı və dərman bitkisidir[1, 5].

Yayılması: Böyük Qafqazın qərb hissəsi (Zaqatala rayonu-subalp qurşağı, Balakən Dövlət Qoruğunun ərazisi, Blakən rayonu – Katexçay boyunca) [1, 2, 3, 4, 5].

Sayı və tendensiyası: Populyasiyanın yaşama ərazisi məhdudlaşır, azalma tendensiyası müşahidə olunur [6].

Məhdudlaşdırıcı amillər: Məhdud sahələrdə yayılması və antropogen amillər (mal-qaranın otarılması, ağacların qırılması və yanacaq kimi istifadəsi).

Mühafizə tədbirləri: Populyasiyanın bir hissəsi Zaqatala qoruğunda mühafizə olunur[4, 6]. Xüsusi mehafizə tədbirlərini aparmaq məqsədi ilə yayılma yerlərində antropogen təsirlərin azaldılması, bərpsının təmin edilməsi və yeni yayılma yerlərini axtarılması təklif olunur.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1957; 2. Гаджиев В.Д., 1970; 3.Azərbaycan SSR-in Qırmızı Kiatbı, 1989; 4. Hacıyev V.C., 2004; 5. Мехтиева Н.П., 2010; 6.Tərtibçilərin məlumatları.

Tərtibçilər: Mehdiyeva N.P., Zeynalova S.Ə., Mustafayeva S.C.

Şəkil: Abdullayeva N.M., Murtuzaliyev R.A.

English name: Yellow azalea, Honeysuckle azalea

Habitat: Subalpine meadows, sparse mountain forests.

Distribution: Western (AZ) Greater Caucasus (Zagatala region – subalpine zone, Balakan State Nature Reserve area, Balakan region – along the Katekhchay).