Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Sarı süsən / Yellow iris or Yellow flag / Iris pseudacorus 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Liliopsidlər – Liliopsida

Sıra / Order: İridales

Fəsiə/ Family: Süsənkimilər – İridaceae Juss.

Elmi adı / Scientific name: Iris pseudacorus L.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU B1ab(iii) + 2ab(iii). Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Çoxillik ot bitkisidir. Kökümsovu çox yoğun, uzun, çox budaqlanmışdır. Gövdəsi 80—100 sm hündürlükdə, yarpaqları boz—yaşıl, enli- xətvari və ya xətvari –lansetvari, 1-2(2,5) sm enindədir, aşağı yarpaqları gövdədən uzundur. Çiçək qrupu 4-8 çiçəklidir. Təpə yarpaqları yaşıl, kənarları və təpə hissəsi pərdəlidir. Çiçəkyanlığı 7 sm uzunluğunda, sarı rənglidir. Sütuncuq uzunsov, 3 sm uzunluöunda, tozcuq krem rəngli və ya narıncıdır. Qutucuq 4—5 sm uzunluğunda, küt, üçtillidir [1].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Çiçəkləmə və meyvə əmələgətirmə dövrü may-iyun aylarına təsadüf edir. Kökümsov və toxum vasitəsilə çoxalır. Kriptofit (hidrofit) bitkidir, aranda yayılmışdır. Durğun sular, bulaqlar, arxlar, suvarma kanallarının kənarları, bataqlıq yerlər və çəmənliklərdə Berula erecta, Mentha aquatica, Veronica anagallis-aquatica, Nasturtium officinale bitkilərindən təşkil olunmuş senozlarda komponent kimi iştrirak edir. Boyaq, dekorativ və dərman bitkisidir [1, 3, 4].

Yayılması: Samur-Dəvəçi ovalığı və Lənkəran ovalığı (Astara rayonu, Təngərud və Maşxan kəndləri ətrafında, Lənkəran rayonunun girəcəyi), Bozqır yaylası, Kür düzənliyi [1, 2, 5].

Sayı və tendensiyası: Populyasiyalarının sayı azalır [5].

Məhdudlaşdırıcı amillər: Antropogen amillər (növün bəzək bitkisi kimi yığılması, otarılma, tapdalanma) və iqlimin dəyişilməsi (quraqlıqların nəticəsində su hövzələrinin quruması).

Mühafizə tədbirləri: Xüsusi mühafizə tədbirləri aparılmalıdır. Süni göl və gölməçələrin yaradılması, yayılma yerlərində antropogen təsirləri azaltmaq məqsədilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqqi, soğanaq və toxumlarının toxum bankında saxlanılması təklif olunur.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1952; 2. Ибадлы О.В. 2005; 3. Мехтиева Н. П., 2007; 4. Мехтиева Н. П., 2009; 5. Tərtibçilərin məlumatları.

Tərtibçilər: Mehdiyeva N.P., Qaraxani P.X.

Şəkil: Mehdiyeva N.P.

English name: Yellow iris or Yellow flag

Habitat: Coastal shallows, around irrigation channels, springs, freshwater swamp, wet meadows.

Distribution: Samur-Devechi lowlands; Bozgir plateau; Kur plain; Lankaran lowlands (Astara region, around Tengerud and Mashkhan villages, entrance of Lankaran region).