Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Sarı şternbergiya / Fall daffodil, Yellow autumn crocus or Winter daffodil / Sternbergia lutea 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Liliopsidlər – Liliopsida

Sıra / Order: Amaryllidales

Fəsiə/ Family: Nərgizçiçəkkimilər –Amaryllidaceae J. St. –Hil.

Elmi adı / Scientific name: Sternbergia lutea (L.) Spreng.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU A2c+3c. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Çoxillik ot bitkisidir. Soğanağı yumru, böyük, 3-4 sm enində və 5 sm hündürlüyündədir. Tünd-qonur qınlarla əhatə olunmuşdur. Bitki 20(40) sm hündürlükdədir. Yarpaqları enli-xətvari, kənarları dişli, kələ-kötür, yaşıl, kütdür, payızda çiçəklərlə birlikdə əmələ gəlir. Çiçəkyanlığı parlaq-sarı rəngdədir. Borucuğu qısadır, 30-40 sm uzunluğunda, uzunsov – ellipsivari hissəciklərdən təşkil olunmuşdur. Erkəkcikləri büküklərdən 2 dəfə qısadır. Yumurtalıq uzunsov-yumurtavari, oturaqdır [1].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Çiçəkləmə, meyvə əmələgəlmə dövrü sentyabr – oktyabr aylarına təsadüf edir.Kserofitdir. Soğanaqla çoxalır. Aşağı dağ qurşağının quru yamaclarında bitir. Zəhərlidir. Dekorativ və dərman bitkisidir [1, 2, 3, 4].

Yayılması: Samur-Dəvəçi ovalığı (Xaçmaz, Samur çayının mənsəbi (çay ağzı), Lənkəranın dağlıq hissəsi (Lerik rayonu, Ağsaqlar kəndinin ətrafı), Lənkəran ovalığı [1, 2, 3].

Sayı və tendensiyası: Populyasiyalarında növlərin sayı azalır, yaşama ərazisi məhdudlaşır, azalma tendensiyası müşahidə olunur [5].

Məhdudlaşdırıcı amillər: Populyasiyanın növ sayının azlığı, dekorativ əhəmiyyətinə görə əhali tərəfindən həddindən artıq toplanması, mal-qara tərəfindən otarılma və tapdalanma.

Mühafizə tədbirləri: Yayılma yerlərində antropogen təsiri azaltmaq, bərpasını təmin etmək və yeni yayılma yerlərin axtarmaq təklif olunur.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1952; 2. Azərbaycan SSR-in Qırmızı kitabı, 1989; 3. Ибадлы О.В. 2005; 4. Мехтиева Н. П., 2007; 5. Tərtibçilərin məlumatları.

Tərtibçilər: Mehdiyeva N.P., Zeynalova S.Ə., Mustafayeva S.C., Qaraxani P.X.

Şəkil: Mehdiyeva N.P.

English name: Fall daffodil, Yellow autumn crocus or Winter daffodil

Habitat: Dry slopes of lowlands.

Distribution: Samur-Devechi lowlands (Khachmaz, mouth of Samur river); mountain part of Lankaran (Lerik region, surrounding of Aghsaglar village), Lankaran lowland.