Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Sağsağan gülxətmisi / Sachsachan hollyhocki / Alcea achsachanica 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida

Sıra / Order: Malvales

Fəsiə/ Family: Əməköməcikimilər—Malvaceae Juss.

Elmi adı / Scientific name: Alcea lenkoranica Iljin

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Məlumat azlığı” kateqoriyasına aiddir –DD. Azərbaycanın nadir, endemik növüdür [1, 2].

RegionalIUCN Statusu: DD[4].

Qısa morfoloji təsviri: Çoxillik ot bitkisidir. Gövdələri 50-70 sm hündürlükdədir. Yarpaqlar ulduzvari, qısa tükcüklərlə örtülüb. Yarpaq ayası əncirin yarpaq ayasına bənzəyir, əsasında ürəkvari, 5-7 paylarla bölünür, enli, tərs-lansetli və ya uzunsov, tərs-yumurtavari şəkildədir. Çiçəkləri sıx tükcüklü ayaqcıqlarda tək-təkdir. Ksacıqaltı iki dəfə kasacıqdan qısadır. Qacı sarı rəngdə olub, eni 30-40 mm uzunluğundadır. Meyvəsi 12-14 mm enində, 25 meyvəcikdən ibarətdir [1].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Çiçəkləmə və meyvəgətirmə dövrü iyun-avqust-oktyabr aylarına təsadüf edir. Toxum çoxalır, orta dağ qurşağında quru daşlı yamaclarda rast gəlinir, müxtəlifot və taxıl, dağ-kserofit qruplaşmalarda rast gəlinir, işıqsevən, istisevən, quraqlığa davamlıdır. Dekorativ bitkidir [1, 2, 3].

Yayılması: Kiçik Qafqazın mərkəzi hissəsi (Şuşa rayonu- Xankəndi şəhərinin ətrafı, Sağsağan dağı və Cıdır düzü; Xocavənd rayonu- Domu kəndi) [1, 3, 5].

Sayı və tendensiyası: Məlumat yoxdur.

Məhdudlaşdırıcı amillər: Məlumat yoxdur.

Mühafizə tədbirləri: Mühafizə olunması təklif edilmişdir. Xüsusi mühafizə tədbirləri aparılmır. Populyasiyanın müasir vəziyyətinin öyrənilməsi təklif olunur.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1955; 2. Ахундов Г.Ф., 1972; 3. Azərbaycan SSR-in Qırmızı Kiatbı, 1989; 4. Schtaz G., Shulkina T., Solomon J., 2013; 5.Tərtibçinin məlumatı.

Tərtibçilər: Abdıyeva R.T.

Şəkil: Azərbaycan SSR-in Qırmızı Kiatbı, 1989.

English name: Sachsachan hollyhocki

Habitat: Dry stony slopes of middle mountin zone.

Distribution: Central (AZ) Lesser Caucasus (Shusha region –around Kahnkendi, Saghsaghan mountain and Jidir Plain; khojavend region – Domu village).