Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Söyüdyarpaq armud /  Willow-leafed pear, Weeping pear / Pyrus salicifolia 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida

Sıra / Order: Rosales

Fəsiə/ Family: Gülçiçəklilər – Rosaceae Juss.

Elmi adı / Scientific name: Pyrus salicifolia Pall.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aiddir –NT. Azərbaycanın nadir növüdür. Qafqaz endemikdir.

Regional IUCN Statusu: NT

Qısa morfoloji təsviri: 10-12 m hündürlüyündə, alçaqgövdəli, tikanlı, dağınıq çətirli ağac və ya koldur. Gövdəsinin qabığı bozumtul, yaşlı budaqlarının qabığı isə qırmızımtıl rəngdə olur. Gümüşü rəngli yarpaqları 6-9 sm uzunluğunda olmaqla söyüd yarpağına oxşayır, tamkənarlı, bəzən uc hissədə iridişlidir, alt və üst hissədən ilk vaxtlar torvari tükcükləri olur, sonra çılpaqlaşır. Çiçəkləri çoxçiçəkli qalxanlarda yerləşir. Meyvələri enli uzunsov və ya yumru olub, 1,5-2 sm uzunluğunda, 1,2-1.8 sm diametrində, yetişdikdə sarımtıl rəng alır, üstü ilk vaxtlar azacıq tükcüklü olur, böyüdükcə tükcüklərdəntəmizlənir və tam çılpaq olur [1].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Aprel ayında çiçəkləyir. Meyvələri avqust-sentyabr aylarında yetişir. Tozlanması-entomofildir. Toxumla və kök pöhrələri ilə çoxalır. Quraqlığa davamlı, torpağa az tələbkar, işıqsevər bitkidir. Qiymətli qida bitkisidir. Mədəni sortlar üçün calaqaltı kimi və yaşıllaşdırmada dekorativ ağac kimi istifadə olunur.

Yayılması: Samur-Dəvəçi düzənliyi, Qobustan, Böyük Qafqazın Quba sahəsi; Naxçıvanın dağlıq hissəsi (Şahbuz rayonu, Biçəək kəndi ətrafı, Culfa rayonu, Milax və Ərəfəsə kəndləri ətrafı) [1, 2, 3].

Sayı və tendensiyası: Populyasiyada azalma tendensiyası müşahidə olunur [4].

Məhdudlaşdırıcı amillər: Meyvələri yerli əhali tərəfindən toplanır, gəmiricilər və quşlar tərəfindən yetişmədən əvvəl yeyilir.

Mühafizə tədbirləri: Türyançay Dövlət Təbiət Qoruğunda mühafiə olunur.

Ədəbiyyat / References: 1. Azərbaycanın ağac və kolları, 1970; 2. Səfərov İ.S., Əsədov K.S. 1984; 3. Talıbov T.H., İbrahimov Ə.Ş., 2008; 4. Tərtibçinin məlumatı.

Tərtibçilər: Fərzəliyev V.S.

Şəkil: Kərimov V.N., Mehdiyeva N.P.

English name: Willow-leafed pear, Weeping pear

Habitat: From lowlands to foohills.

Distribution: Southern (AZ) Greater Caucasus; Samur-D’v’chi lowlands; Gobustan mountain part of Nakhchivan (Shahbuz region, around of Bchenek village; Julfa region, around of Milakh and Arafsa villages).