Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Ruprext qərənfili / not found / Dianthus ruprechtii 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida

Sıra / Order: Caryyophyllales

Fəsiə/ Family: Qərənfilkimilər—Caryophyllaceae Juss.

Elmi adı / Scientific name: Dianthus ruprechtii Schischk.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir, Qafqazın endemik növüdür.

Qısa morfoloji təsviri: Çoxillik su bitkisidir. Gövdələri düz, 20—35 (50) sm hündürlükdədir. Yarpaqları qalxan, oturan, xətvari, 1,5-2 mm enində, bizvari—sivriləşmiş, tünd – uclu, kənardan nahamar, əsasında 6-8 mm uzunluqda qınla bitmişdir. Çiçəkləri oturaq gövdənin yuxarı hissəsində sıx yığılmış haldadır. Kasacıq 15—17 mm uzunluqda, silindrik şəkildə, tünd-qara, bənövşəyi rəngdədir. Yumurtavari,lansetli, iti dişlidir. Yarpaq ayası tünd, tərs – yumurtavari, 4-5 mm uzunluğunda, kənarları dişlidir [1, 2].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Çiçəkləmə--meyvə əmələgətirmə dövrü iyun-iyul (avqust) aylarına təsadüf edir. Toxumla çoxalır. Subalp qurşağında, çəmənlərdə, taxıl, müxtəlifotlu quruplaşmalarda rast gəlinir, quraqlığa nisbətən davamlı, işıqsevəndir [1].

Yayılması: Böyük Qafqazın Quba hissəsi (Quba rayonu- Qonaqkənd və Hapıt kəndləri arası) [1, 2, 3].

Sayı və tendensiyası: Populyasiyanın sayı azalır, yaşama ərazisi məhdudlaşır, antropogen amillər azalma təhlükəsini artırır [ 4].

Məhdudlaşdırıcı amillər: Otarılma, tapdalanma, biçənək.

Mühafizə tədbirləri: Xüsusi qorunma tədbirləri aparılmır. Yeni yayılma yerlərinin aşkar edilməsi, toxumlarının toxum banklarında saxlanılması, introduksiya, bitdiyi əraziilərin nəzarətə alınması.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1953; 2. Флора СССР, 1935; 3. Məmmədov Q., Yusifov E., Xəlilov M., Kərimov V., 2012; 4. Tərtibçiтin məlumatı.

Tərtibçilər: Abdıyeva R.T.

Şəkil: Yusifov E.F.

English name: not found

Habitat: Subalpine meadows.

Distribution: Guba part of the Greater Caucasus (Guba region – Gonagkend, Hapit).