Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Radde tozağacı / Radde’s birch / Betula raddeana 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida

Sıra / Order: Corylales

Fəsiə/ Family: Tozağackimilər – Betulaceae S.F. Gray

Elmi adı / Scientific name: Betula raddeana Trautv.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –Vu C2a(ii). Qafqazın nadir, endemik növüdür.

Regional IUCN Statusu: LC[3].

Qlobal IUCN Statusu: NT

Qısa morfoloji təsviri: Ağ və ya qonurqabıqlı çoxda böyük olmayan ağacdır. Yarpaqları yumurtavari və ya uzunsov-yumurtavari, yuxarı hissədən iti, yan hissələrdən nahamar dişciklidir. Meyvə verən sırğa çiçək qrupu təkdir, yumurtavari-ellipsşəkillidir, 2-2,5 sm uzunluğunda, 10-14 mm enində, qısa sallanan ayaqcıqda yerləşir. Qozaları yuxarı hissədən böz-tükcüklü, 2-2,5 mm uzunluğundadır [1].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Çiçəklənməsi iyul ayında baş verir. Subalp qurşağının aşağı hissəsində karbonatlı dağ süxurları əmələ gələn meşələrdə rast gəlinir. Təmiz və ya Litvinov tozağacı, quşarmudu və s. Cinslərlə birlikdə, bəzən də meşəaltı Qafqaz xanıməlisindən ibarət bitki senozu yaradır. Azərbaycanda tozağacı meşələri yuxarı dağ-meşə qurşağında yerləşməklə böyük torpaqqoruyucu və sutənzimləyici əhəmiyyətə malikdir. Dekorativ bitkidir [1, 2].

Yayılması: Böyük Qafqazın Quba sahəsi (Quba və Qusar rayonları) [1, 2, 4].

Sayı və tendensiyası: Poplyasiya azalır, yaşama ərazisi məhdudlaşır, azalma tendensiyası müşahidə olunur [4].

Məhdudlaşdırıcı amillər: Antropogen amillər (tozağacı meşələrinin qırılması) və təbii amillər.

Mühafizə tədbirləri: Çoxaldılması və bərpası tələb olunur.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1952; 2. Azərbaycan SSR-in Qırmızı kitabı; 1989; 3. Schtaz G., Shulkina T., Solomon J., 2013; 4. Tərtibçinin məlumatı.

Tərtibçilər: Fərzəliyev V.S., Kərimov V.N., Məmmədov T.S., Mirzəyev O.H.

Şəkil: Kərimov V.N.

English name: Radde’s birch

Habitat: Mountain forest.

Distribution: Guba part of Greater Caucasus (Guba and Gusar regions).