Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Radde ayıdöşəyi / Radde fern / Dryopteris raddeana 


Sinif / Class: Qıjılar – Polypodiopsida

Sıra / Order: Aspleniales

Fəsiə/ Family: Dryopteriskimilər – Dryopteridaceae Ching

Elmi adı / Scientific name: Dryopterisraddeana (Fomin) Fomin

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir – EN B2ab (iii). Azərbaycanın nadir, endemik və relikt növüdür.

Regional I IUCN statusu / Regioanal I IUCN Status: EN B2ab(iii) [6].

Qısa morfoloji təsviri: Çoxillik, 80 sm hündürlüyündə bitkidir. Yarpaqları uzunsov – oval, ucdan itidir; saplaq ayadan kiçikdir, birinci sıra seqmentləri lansetvari, qısasaplaqlı, ucdan sivriləşən; sonuncu sıra seqmentləri uzunsovdur, küt yaxud əyri, dişiciklidir; soruslar damarların ortasına yaxın yerləşir; örtüyü çılpaqdır; sporları qonur, böyrəkşəkillidir [1,3].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri: Sporların yetişmə dövrü iyul ayına təsadüf edir. Orta, aşağı dağ qurşağında və düzənlik ərazinin kölgəli Hirkan tipli meşələrində rast gəlinir [1,2]. Dekorativ və dərman bitkisidir.

Yayılması: Lənkəranın ovalığıvə dağlıq hissəsi (Lənkəran və Astara rayonları) [1,4, 5, 7].

Sayı və tendensiyası: Meşə qırıntısı və digər bu kimi tədbirlər nəticəsində populyasiyası azalır [7].

Məhdudlaşdırıcı amillər: Antropogen amillər (yerli əhali tərəfindən təsərrüfat məqsədi ilə istifadə olunması, meşələrin qırılması və azalması) yaşama sahələrinin deqradasiyasına gətirir.

Mühafizə tədbirləri: Hirkan Milli Parkının ərazisindəki arealının vaxtaşırı monitorinqinin aparılması, parkdan kənardakı populyasiyaların nəzarətə götürülməsi.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1950; 2. Аскеров А.М. , Бобров а.Е. 1972; 3. Аскеров А.М. 1983; 4. Azərbaycan SSR-in Qırmızı Kitabı, 1989; 5. Аскеров А.М. 2001; 6. Schatz G, Shulkina T., Solomon J., 2013; 7. Tərtibçilərin məlumaları.

Tərtibçilər: Əskərov A.M., Kərimov V.N.

Şəkil: Kərimov V.N.

English name: Radde fern

Habitat: Mountain forests.

Distribution: Lankaran plain and mountain part of Lankaran.