Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Rəngbərəng novruzçiçəyi / not found / Primula heterochroma 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida

Sıra / Order: Primulales

Fəsiə/ Family: Novruzçiçəkkimilər – Primulaceae Vent.

Elmi adı / Scientific name: Primula heterochroma Stapf

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Çoxillik kökümovlu ot bitkisidir. Yarpaqları uzunsov və ya yumurtavari-uaunsov, 3-12 sm uzunluqda, 4-5 sm enindədir. Kasacıq 8-12 m uzunluqda, çox sıxılmış, yumşaq tüklü, qabırğalı, ensiz lansetvari, sivri dişciklərə bölünmüşdür. Çiçəkləri 2,5-2,7 sm diametrində, yastı büküklü, tərs-ürəkvari dilimli, tacı bənövşəyi, sarı və ya çəhrayı rəngdədir. Toxumları çox sayda, küncvari-şarşəkili və ya yumurtavari, bütün səthləri xırda qabarıqlı, tutqun qara və ya tünd qəhvəyi rəngli, 1mm uzunluqdadır [1].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Fevral-aprel (dağlarda-may) ayları çiçəkləyir və may ayı toxumlayır. Yuxarı dağ qurşağına kimi meşələrdə, talalarda, kolluqlar arasındarast gəlinir. Dərman və dekorativ bitkidir [1, 2].

Yayılması: Lənkəran ovalığı (Hirkan Milli Parkının ərazisində və onun ətrafında) və dağlıq hissəsi [1, 2].

Sayı və tendensiyası: Yayılma ərazilərinin və yaşayış mühitinin küyfiyyətinin davam edən azalması müşahidə olunur [3].

Məhdudlaşdırıcı amillər: Dekorativ bitki kimi əhali tərəfindən yığılıb satılması [3].

Mühafizə tədbirləri: Hirkan Milli Parkının ərazisində populyasiyanın bir hissəsi qorunur [2].

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1957; 2. Safarov H.M., 2009; 3.Tərtibçilərin məlumatları.

Tərtibçilər: Səfərov H.M., Mustafayeva S.C.

Şəkil: Səfərov H.M.

English name: not found

Habitat: Forests, glades and shrublands up to higher mountain zone.

Distribution: Lankaran lowlands and mountain part of Lankaran (around and inside Hirkan National Park).