Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Qusar gülxətmisi / not found / Alcea kusariensis 

Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta
Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida
Sıra / Order: Malvales
Fəsiə/ Family: Əməköməcikimilər—Malvaceae Juss.
Elmi adı / Scientific name: Alcea kusariensis (Iljin) Iljin
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir –EN B1ab(v)+B2ab(v). Qafqazın nadir, endemik növüdür.
Qısa morfoloji təsviri: Ulduzşəkilli tükcüklərlə sıx tüklənmiş, çoxillik ot bitkisidir. Gövdəsi 50(18)-100, nadir hallarda 150 sm hündürlükdədir. Yarpaqları uzun saplaqlı, yarpaq ayalarının üst tərəfi yaşıl, çökək damarcıqlara görə bir qədər qarışıq, alt tərəf, xüsusən cavan yarpaqlarda, çox tükcüklü olduğuna görə bozarmış haldadır. Çiçəkləri uzun halda düzülmüş çiçək qrupunda, tək-təkdir. Kasacıq 18-22 mm uzunluğunda olur. Tac 30-58 mm uzunluğunda, parlaq –sarı rəngdədir. Meyvəsinin diametri 20 mm-dək, 18-34 qanadlı meyvəciklərdən ibarətdir, arxa və yan orta hissədən çox tükcüklü olur [1].
Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Çiçəkləmə və meyvəgətirmə dövrü iyun-avqust-oktyabr aylarına təsadüf edir. Toxum çoxalır,orta dağ qurşağında, quru gilli, daşlı-əhəngli yamaclarda rast gəlinir, kserofit, işıqsevən, istisevən, quraqlığa davamlıdır. Dekorativ və dərman bitkisidir [1,2, 4, 5].
Yayılması: Böyük Qafqazın Quba sahəsi (Qusar rayonu-Qusar şəhəri ətrafı; Quba rayonu-Quba şəhəri ətrafı, Afurca kəndi ətrafı, Təngəaltı; Altıağac ətrafı) və şərq hissəsi (Şamaxı rayonu –Mərəzə qəsəbəsi, Şərədil və Nağaraxana kəndlərinin ətrafı); Samur –Dəvəçi və Xəzəryanı ovalığı [1, 3, 4, 6].
Sayı və tendensiyası: Populyasiyanın sayı azdır əhali tərəfindən geniş istifadə edilməsi populyasiyanın azalma tendensiyasını yaradır [6].
Məhdudlaşdırıcı amillər: Antropogen təsirlər (yerli əhali tərəfindən müalicə məqsədi ilə yığılması, otarılma).
Mühafizə tədbirləri: Tam mühafizə olunması təklif edilmişdir[1]. Hal-hazırda xüsusi mühafizə tədbirləri aparılmır. Yalnız Altıağac ətrafında qorunur. AMEA-nın Botanika Bağında (Bakı) becərilib [1]. Növün yığılmasının qadağan edilməsi, yeni yayılma yerlərinin aşkar edilməsi, toxumlarının toxum bankında saxlanılması təklif olunur [5].
Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1955; 2. Ахундов Г.Ф., 1972; 3. Azərbaycan SSR-in Qırmızı Kiatbı, 1989; 4. Османова Г.Ш., Абдыева Р.Т. и др., 2009; 5. Мехтиева Н.П., 2006; 6.Tərtibçilərin məlumatları.
Tərtibçilər: Abdıyeva R.T., Əli-zadə V.M., Osmanova G.O.
Şəkil: Abdıyeva R.T.
English name: not found
Habitat: Dry clayey, calcareous slopes of middle mountain zone.
Distribution: Guba part of Greater Caucasus (Gusar region – surroundings of Gusar city; Guba region- surroundings of Guba city, around Afurja village, Tengealti; surroundings of Altiaghaj); Eastern (AZ) Greater Caucasus (Shamakhi region –Mereze settlement, surroundings of Sheredil and Nagarakhana villages).