Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Qurdqulağı süsəni / not found / Iris Iycotis 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Liliopsidlər – Liliopsida

Sıra / Order: İridales

Fəsiə/ Family: Süsənkimilər – İridaceae Juss.

Elmi adı / Scientific name: Iris Iycotis Woronow

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aiddir –NT. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Çoxillik ot bitkisidir. Kökümsovu yoğun, qısa, sürünən, gövdə 10-20 (25) sm hündürlükdədir, 1 iri təpə çiçəyi var. Yarpaqları yaşıl, dar-xətvari, 2-4 mm enində, bəzən oraqvari əyilmişdir. Təpə yarpaqları otvari-pərdəlidir, neştərşəkilli, sivridir. Çiçəkyanlığının borucuğu yumurtalığa bərabərdir. Çiçəkyanlığının xarici tərəfi aşağı bükülmüş, 4,5 -5,5 (8) sm uzunluğunda, enli- ellipsvari və ya enli-yumurtavari, dairəvi, tünd-qəhvəyi, mərkəzində iri məxməri ləkəli, aşağı yarısı yuxarıdan qara-bənövşəyi tükcüklü, daxili tərəfi yuxarı qalxmış, iri, 5,5-8 (3) uzunluqdadır. Sütuncuğun kənarları tünd-qırmızı, tutqun, kürək hissəsi dişciklidir. Qutucuq uzunsov-silindrşəkilli, 3 tilli, 7 sm-ə qədər uzunluğunda uzun buruncuqludur[1].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Çiçəkləməsi aprel, meyvə əmələgəlmə may ayına təsadüf edir. Kökümsov və toxum vasitəsilə çoxalır. Düzənlikdə və aşağı dağ qurşağında, quru, gilli və çınqıllı yamaclarda, yovşanlı yarımsəhralarda yayılmışdır. Mezokserofitdir [1, 2, 6].

Yayılması: Naxçıvanın dağlıq və düzənlik hissəsində (Culfa rayonu Darıdağ ərazisində) [1, 3, 4, 5, 6, 7, 8].

Sayı və tendensiyası: Populyasiyasının vəziyyətinin və təbii bərpanın ətraf mühitin dəyişilməsindən asılılığı müşahidə olunur [7, 8].

Məhdudlaşdırıcı amillər: Antropogen amillər (növün bəzək bitkisi kimi yığılması) [3, 7].

Mühafizə tədbirləri: Mühafizəsi üçün xüsusi tədbirlər görülməyib. Yeni yayılma yerlərinin axtarılması və yasaqlıqların yaradılması vacibdir.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1952; 2. Hacıyev V.C., İbrahimov Ə.Ş., 1981; 3. Azərbaycan SSR-in Qırmızı kitabı, 1989; 4. Конспект флоры Кавказа, 2006 5.Ибадлы О.В. 2005; 6. Salayeva Z.K., 2006; 7. Naxçıvan MR-in Qırmızı Kitabı, 2010; 8. Tərtibçilərin məlumatları.

Tərtibçilər: Qaraxani P.X.

Şəkil: Naxçıvan MR-in Qırmızı Kitabı, 2010

English name: not found

Habitat: Dry , gravelly and clay slopes of lowlands and lower mountain zone; semi – desert.

Distribution: Makhchivan plain; mountain part of Nakhchivan (Julfa region Daridagh area).