Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Qrossheym armudu / not found / Pyrus grossheimii 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida

Sıra / Order: Rosales

Fəsiə/ Family: Gülçiçəklilər – Rosaceae Juss.

Elmi adı / Scientific name: Pyrus grossheimii Fed.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Kritik təhlükə həddində olanlar” kateqoriyasına aiddir –CR A4 cd; C1. Azərbaycanın nadir növüdür. Qafqaz endemikdir.

Qısa morfoloji təsviri: 16 m-ə qədər boyunda ovalvari və ya uzunsov çətirli ağacdır. Yarpaqları yumurtavari və ya ellpsvari, iti dişli, uc tərəfi adətən uzunsov itidir, kənarları xırda dişlidir; 8-10 sm uzunluğunda, 4-5 sm enindədir; üstdən çılpaq və parıldayan, alt hissədən tutqun rnglidir; saplağı nazik, 10 sm-ə qədər uzunluğundadır. Meyvələri xırdadır, eni və uzunu 2-2,5 sm, kürəvari və ya oval-kürəvaridir, çətirşəkilli qalxancığa toplanmışdır; onların saplağı meyvədən 2-3 dəfə uzundur [1, 2].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Aprel ayında çiçəkləyir. Meyvələri avqust-sentyabr aylarında yetişir. Tozlanması-entomofildir. Toxumla və kök pöhrələri ilə çoxalır. Yuxarı dağ qurşağında palıd meşələrindəki talalarda rast gəlinir. Qiymətli qida bitkisidir.

Yayılması: BLənkəran ovalığı (Astara rayonu-Anbobu kəndi; Lənkəran rayonu –Daşdatük və Xanbulan kəndləri) və Lənkəranın dağlıq hissəsi (Lerik) [1, 3].

Sayı və tendensiyası: İtmə təhlükəsi altında olan yeganə lokaliteti mövcuddur, populyasiyanın sayı sürətlə azalır [4].

Məhdudlaşdırıcı amillər: Yetişmədən əvvəl gəmiricilərvə quşlar tərəfindən yeyilir. Mal-qara ilə otarılması təbii bərpanı çətinləşdirir.

Mühafizə tədbirləri: Hirkan Milli Parkında mühafizə olunur [4].

Ədəbiyyat / References: 1. Azərbaycanın ağac və kolları, 1970; 2. Səfərov İ.S., Əsədov K.S. 1984; 3. Мусаев С.Г., и др., 2009; 4. Tərtibçilərin məlumatları.

Tərtibçilər: Fərzəliyev V.S., Abdıyeva R.T., Əlizadə V.M.

Şəkil: Səfərov H.M.

English name: not found

Habitat: Mountain forests.

Distribution: Lankaran lowlands (Astara region – Anbobu village, Lankaran region – Dashdatuk and Khanbulan villages); mountain part of Lankaran (Lerik region).