Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Qrossheym şaxduranı  / Grossheym lady’s-mantle / Alchemilla grossheimii 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida

Sıra / Order: Rosales

Fəsilə/ Family: Gülçiçəklilər – Rosaceae Juss.

Elmi adı / Scientific name: Alchemilla grossheimii Juz.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aiddir –NT. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Çoxillik tünd-yaşıl ot bitkisidir. Gövdə 25 sm-ə qədər hündürlükdədir. Kökyanı yarpaqlar 2,5-5 sm uzunluğunda, 4-6 sm enində, böyrəkvari və ya dairəvi-böyrəkvari, bir qədər dalğalı və ya hamar, hər iki tərəfdən 7 bölümlü qövsvari və ya yarımdairəvi bölümlü, aydın görünən kəsikli, aralarında 5-6 yarım yumurtavari, küt dişiciklidir. Gövdə yarpaqları çox qısa bölümlü və çox dərin bölünmüş yarpaqaltlıqlıdır. Çiçək qrupu uzun budaqlı, kasa yarpaqları eynidir [1, 2].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Çiçəkləmə iyun, meyvələmə avqust aylarına təsadüf edir. Alp və subalp çəmənlərində bitir. Çoxalması toxumladır. Kriptofitdir. Dərman bitkisidir [2].

Yayılması: Böyük Qafqzın Quba hissəsi, Kiçik Qafqazın şimal və mərkəzi hissələri, Naxçıvanın dağlıq hissəsi [2].

Sayı və tendensiyası: Populyasiyada azalma tendensiyası müşahidə olunur[3].

Məhdudlaşdırıcı amillər: Əhali tərəfədən aparılan intensiv otarılma və tapdalanma, populyasiyanın zəif təkrarlanması.

Mühafizə tədbirləri: Mühafizəsi üçün xüsusi tədbirlər görülmür. Yayılma yerlərində antropogen təsirlərin qarşısının alınması üçün yasaqlıqların yaradılması təklif olunur. Yeni yayılma sahələri aztarılmalıdır.

Ədəbiyyat / References: 1. Гроссгейм А.А., 1940; 2. Флора Азербайджана, 1954; 3. Tərtibçinin məlumatı.

Tərtibçilər: Qaraxani P.X.

Şəkil: Qaraxani P.X.

English name: Grossheym lady’s-mantle

Habitat: Alpine and subalpine meadows.

Distribution: Guba part of the Greater Caucasus; Northern (AZ) Lesser Caucasus; Central (AZ) Lesser Caucasus; mountain part of Nakhchivan.