Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Qaya dovşanalması / not found / Cotoneaster saxatilis 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida

Sıra / Order: Rosales

Fəsiə/ Family: Gülçiçəklilər – Rosaceae Juss.

Elmi adı / Scientific name: Cotoneaster saxatilis Pojark.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir –EN B2ab(ii,iii,iv,v). Azərbaycanın nadir növüdür. Qafqaz endemikidir.

Qısa morfoloji təsviri: Hündürlüyü 1,5 -1,75 m, alçaqboylu koldur. Yarpaqlar 9-20 mm uzunluğundadır, ellipsvari, tərs-yumurtavaridir və ya oval, üst hissədən açıq-yaşıldır, çılpaq və ya dağınıq tüklüdür. Alt tərəfdən bozumtul tüklüdür. Çiçək qrupu 2-4 çiçəkli qalxancıqlardan ibarətdir. Çiçəkləri qeyri-müəyyəndir. Yetişməmiş meyvələri tünd-qırmızı, yetişmiş meyvələri qara rənglidir, üzərində göyümtül ləkəli, tərs yumurtavaridir. 4,5-5,5 mm uzunluğundadır, iki toxumludur[1].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Meyvə verməsi sentyabr ayına təsadüf edir. Daşlı qayalıqlarda, kolluqların arasında rast gəlinir [1].

Yayılması: Kiçik Qafqazın şimal hissəsi (Çaykənd ətrafı), Abşeron (Kəkliklidağ) [1, 2, 3, 4].

Sayı və tendensiyası: Populyasiyanın yaşama ərazisi məhdudlaşır, azalma tendensiyası müşahidə olunur [4].

Məhdudlaşdırıcı amillər: Yaşayış mühitinin deqradasiyası və ətraf mühit amillərinə həssaslığı müşahidə olunur [4].

Mühafizə tədbirləri: Yayılma yerlərində antropogen təsirlərin qarşısının alınması üçün yasaqlıqların yaradılması təklif olunur, yeni yayılma sahələri axtarılmalıdır.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1954; 2. Azərbaycan SSR-in Qırmızı kitabı, 1989; 3. Məmmədov Q., Yusifov E., Xəlilov M., Kərimov V., 2012; 4. Tərtibçilərin məlumatları.

Tərtibçilər: Fərzəliyev V.S., Kərimov V.N.

Şəkil: Kərimov V.N.

English name: not found

Habitat: Rocks and shrublands, semi-desert.

Distribution: Absheron (Kekliklidagh); Northern (AZ) Lesser Caucasus (surroundings of Chaykend).