Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Qaraquş zəngçiçəyi  / not found / Campanula karakuschensis 


Şöbə / Division: Maqnoliyakimilər - Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər - Magnoliopsida

Sıra / Order: Dipsacales

Fəsilə / Family: Zəngçiçəyikimilər - Campanulaceae Juss.

Elmi adı / Scientific name: Campanula karakuschensis Grossh.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2cd + 3c. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Çoxillik, hündürlüyü 5-10 sm olan bitkidir. Kökümsovlardan yarpaq və gövdə inkişaf edir. Gövdəsi kələ-kötür, dağınıq qövsşəkilli əyilən, yuxarıdan budaqlanandır, kökətrafı yarpaqları çoxsaylıdır, budaqlanandır, kökətrafı köhnə yarpaqlar bitkini bürüyür, yataq əmələ gətirir. Rozet yarpaqları kürəkvari və ya yumurtavaridir, kənarları iti dişcikli və ya təpəciklidir. Çiçəklərinin rəngi tünd –göydür. Tacı qıfvari-boruşəkillidir, xaricdən seyrək tükcüklərlə örtülmüşdür [1].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri: İyun –iyul aylarında çiçək açır, sentyabrda toxum verir. Kserofit bitkidir. Orta dağ qurşağından subalp dağ qurşağına qədər quru, daşlı, çınqıllı yamaclarda və töküntülərdə rast gəlinir. Dekorativ bitkidir [1, 3].

Yayılması: Naxçıvanın dağlıq hissəsi (Şərur rayonu – Qaraquş dağı və Kəngərli rayonu- Anabadgədik dağı ətrafı) [3, 4].

Sayı və tendensiyası: Antropogen və iqlim təsirlərinə məruz qalması populyasiyanın təbii ehtiyyatını məhdudlaşdırır [4].

Məhdudlaşdırıcı amillər: Əhali tərəfindən soğanaqlarının və çiçəklərinin kütləvi toplanması[3].

Mühafizə tədbirləri: Arpaçay Dövlət Yasaqlığında yayıldığı ərazinin mühafizəsi üçün tədbirlər hazırlanmışdır. Reintroduksiyası tələb olunur [3].

Ədəbiyyat / Reference: 1. Флора Азербайджан, 1961; 2. Talıbov T.H., İbrahimov Ə.Ş., 2008; 3. Naxçıvan MR-in Qırmızı Kitabı, 2010; 4.Tərtibçinin məlumatı.

Tərtibçi: İbadullayeva S.C.

Şəkil: Qaraxani P.X.

English name: not found

Habitat: Dry, stony, gravelly slopes from middle mountain zone to subalpine zone.

Distribution: Mountain part of Nakhchivan (Sharur region – Garagush mountain and Kengerli region – around Anabadgedik mountain).