Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Qarabağ tülpanı / Karabakh tulip / Tulipa karabachensis 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Liliopsidlər – Liliopsida

Sıra / Order: Liliales

Fəsiə/ Family: Zambaqkimilər – Lilicaeae Juss.

Elmi adı / Scientific name: Tulipa karabachensis Grossh.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Məlumat azlığı” kateqoriyasına aiddir—DD. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Çoxillik ot bitkisidir. Soğanaq 1,5—2 sm diametrində qonur qınla örtülüdür. Qın daxilində tükcüklüdür. Gövdə 40—50 sm hündürlükdədir. Aşağı yarpaqlar enli, yuxarı dar—neştərşəkilli, uzundur. Çiçəkləri təkdir, sarı bəzən tünd—qırmızı, 3—4,5 sm uzunluğundadır. Çiçəkyanlığı yarpaqcıqları demək olar ki, bərabər, küt və ya aydın olmayan iti sonluqludur. Erkəkcik çiçəkyanlığından qısa, erkəkcik sapı sarı, tozcuqdan uzundur [1].

Biloji, ekoloji və fitosenoloji xüsusiyyətləri: Çiçəkləmə mart, meyvə əmələgətirmə may ayına təsadüf edir. Soğanaqla çoxalır. Aşağı və orta dağ qurşaqlarında, qayalıqlarda, meşələrdə və kolluqlarda yayılmışdır. Kseromezofitdir. Dekorativ bitkidir [1, 3].

Yayılması: Kiçik Qafqazın mərkəzi hissəsi (Şuşa rayonu), Naxçıvanın dağlıq hissəsi [1, 2, 4, 5].

Sayı və tendensiyası: Məlumat yoxdur [5].

Məhdudlaşdırıcı amillər: Məlumat yoxdur.

Mühafizə tədbirləri: Mühafizəsi üçün xüsusi tədbirlər görülməyib. Yeni yayılma yerlərinin tapılması vacibdir. [5].

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1952; 2. Azrbaycan SSR-in Qırmızı kitabı, 1989; 3. İbadlı O.V. 2002; 4. İbadlı O.V. 2004; 5.Tərtibçilərin məlumatları.

Tərtibçilər: İbadlı O.V., Qaraxanı P.X.

Şəkil: Naxçıvan MR-in Qırmızı Kitabı, 2010; de Groot S.

English name: Karabakh tulip

Habitat: Rocks, forests and shurubs from lower to middle mountain zone.

Distribution: Central (AZ) Lesser Caucasus (Shusha region).