Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Qarabağ güləvəri  / Karabgh knapweed  / Centaurea karabaghensis 


Şöbə / Division: Maqnoliyakimilər - Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər - Magnoliopsida

Sıra / Order: Asterales

Fəsilə / Family: Asterkimilər – Asteraceae Dumort.

Elmi adı / Scientific name: Centaurea karabaghensis(Sosn.) Sosn.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: "Məlumat azlığı" kateqoriyasına aiddir – DD. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Çoxillik ot bitkisidir. Gövdə 25-35 sm hündürlüyündə, yarpaqlar üst tərəfdən yaşıl, alt hissədən bozumtul keçətüklü; kökətrafı yarpaqlar əsasən uzunsov, lələkvari bölümlü, yumurtavari seqmentli; orta gövdə yarpaqları lələkvari; ən yuxarıdaki yarpaqlar azalmış, liraşəkilli, bütöv və ya bir neçə dişcikli, lansetşəkilli sanki səbəti bürümüşdür. Səbətlər orta böyüklükdə; sarğı yumurtşəkilli silindirvari, 1,5-2 sm enində; sarğı yarpaqları enli yumurtşəkilli, tutqun, kənarları qəhvəyi, ağ saçaqlı; çiçəktünd-qırmızıdır [1, 2, 3].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri: Çiçəkləmə və meyvə əmələgətirmə iyun-avqsut aylarına təsadüf edir. Kserofit, quru, daşlı yamaclarda rast gəlinir. İşıqsevən, duzlaşmaya davamlı bitkidir. Toxumla çoxalır; müxtəlifotlu qruplaşmalar əmələ gətirir [2, 4].

Yayılması: Kiçik Qafqazın şimal hissəsi (Xankəndi ətrafında, Mıxtökən dağı) [1, 4, 5].

Sayı və tendensiyası: Məlumat yoxdur

Məhdudlaşdırıcı amillər: Məlumat yoxdur

Mühafizə tədbirləri: Qournması üçün tədbirlər aparılmır, yeni yayılma yerlərinin axtarılması tələb olunur [5].

Ədəbiyyat / Reference: 1. Гроссгейм А.А., 1949; 2. Флора Азербайджан, 1961; 3. Флора CCCP, 1963; 4. Ахундов Г.Ф., 1973; 5.Tərtibçinin məlumatı.

Tərtibçi: Qaraxani P.X.

Şəkil: Hüseynova A.Y.

English name: Karabgh knapweed

Habitat: Dry, stony slopes.

Distribution: Northern (AZ) Lesser Caucasus (around Khankendi, Mikhtoken mountain).