Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Qanadmeyvə yalanqoz  / Caucasian wingnut / Pterocarya pterocarpa 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida

Sıra / Order: Juqlandales

Fəsiə/ Family: Qozçiçəklilər – Juglandaceae A.Rich. ex Kunth

Elmi adı / Scientific name: Petrocary pterocarpa (Michx.) Kunth. ex I. Iljinsk (P. Fraxinifolia (Poir.) Spach)

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir növüdür.

Qlobal IUCN Statusu: LC

Qısa morfoloji təsviri: Əlverişli bitmə şəraiti boyu 30 m-ə və diametri 200 sm -ə çatan ağacdır. Gövdəsi sıx və çox düz olmayan çətirə malikdir. Yarpaqları mürəkkəb, tək lələkvaridir, üstü tünd-yaşıl, alt tərəfi isə açıq-yaşıldır, yarpaq sağlağı çılpaq və dəyirmidir. Erkəkcik çiçəkləri zoğun aşağı hissəsində sallaq sırğa şəklində, tökülən pulcuqların qoltuğunda yerləşir. Hər bir sırğada erkəkcikləri 9-18 ədəddir, çiçək yanlığı 3-6 dilimlidir. Diişicik çiçəkləri nisbətən uzun sallaq sırğadan düzülmüş , 40 və daha artıq çiçəkdən ibarətdir. Meyvələri iki qanadlı dərivari çəyirdəkmeyvədir, diametri 1 sm-ə qədərdir [1,2].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Mart –aprel aylarında çiçəkləyir. Meyvələri sentyabr-oktyabr aylarında yetişir. Tozlanması anemofildir. Toxum və vegetativ yola çoxalır. Çay yataqlarının aşağı sahəsində. Dərələrlə dəniz səviyyəsindən 1000-1200 m yüksəkliyə qədər qalxır. Xəzər lələyi, dəmirağacı və s. Elementlərlə birlikdə müxtəlif meşə tipi əmələ gətirir. Rütubətliliyi artıq olan sahələrdə təmiz yalanqoz meşələrini təşkil edir. Alazan vadisində (Böyük Qafqazın mərkəzi hissəsində) yalanqoz saqqallı qızılağac, məxməri ağcaqayın, Qafqazı xurması və s. Növlərlə qarışıq bitir. Daha çox ehtiyatı Lənkərançayın sağ qolu olan Ləkərçay boyunda qalmışdır. Burada yalanqoz yuxarı sıxlıqlı və yüksək bonitetli meşələr əmələ gətirir. Dekorativ və dərman bitkisidir [1, 2, 4].

Yayılması: Böyük Qafqazın qərb (Zaqatala rayonu – Makov, Paşan, Matsex, Qəbirzdərə kəndləri, Qax rayonu- Kötüklü və Almalı kəndləri) və şərq hissəsi (oğuz rayonu –Padar kəndi, İsmayıllı rayonu – Xanagah kəndi), Alazan –Əyriçay vadisi ( Balakən rayonu -Talalar kəndi) Lənkəran ovalığı (Bürcəli, Qafton, Təngivan kəndləri) və Lənkəranın dağlıq hissəsi (Lerik rayonu – Peştətük, Günəşli, Şimgədilan kəndləri ətrafı) [1, 3].

Sayı və tendensiyası: Poplyasiyanın sayı azalır. Antropogen təsirlər növün azalmasını kəskin şəkildə sürətləndirir [5].

Məhdudlaşdırıcı amillər: Antropogen amillər (Meşə torpaqlarının əkin üçün istifadə edilməsi, ağacların qırılması və otarılma) .

Mühafizə tədbirləri: Hirkan Milli Parkında və Zaqatala Dövlət Təbiət Qoruğunda mühafizə olunur.

Ədəbiyyat / References: 1. Azərbaycanın ağac və kolları, 1964; 2. Səfərov İ.S., Əsədov K.S., 1984; 3. Azərbaycan SSR-in Qırmızı kitabı; 1989; 4. Mehdiyeva N.P., 2011; 5. Tərtibçinin məlumatı.

Tərtibçilər: Fərzəliyev V.S., Məmmədov T.S., Mehdiyeva N.P.

Şəkil: Mehdiyeva N.P.

English name: Caucasian wingnut

Habitat: Humid mountain forests.

Distribution: Western (AZ) Greater Caucasus (Zagatala region – Magov, Pashan, Matsekh, Gebizdere villages, Gakh region- Kotuklu and Almali villages); Eastern (AZ) Greater Caucasus (Oghuz region –Padar village, ismayilli region –Khanagah village); Alazan – Eyrichay valley (Balakan region –Talalar village); Lankaran lowlands (Burcheli, Gafton, Tengivan villages); mountain part of Lankaran (lrik region – surroundings of Peshtetuk, Guneshli, Shingedilan villages).