Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Qamətli kamfilium / not found / Camphylium protensum 


Şöbə / Division: Mamırlar – Briophyta

Sinif / Class: Yarpaq – gövdəli mamırlar – Musci

Sıra / Order: Hypnobryales

Fəsilə / Family: Amblystegialilar – Amblystegiaceae G.Roth

Elmi adı / Scientific name: Camphylium protensum (Brid.) Kindb.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: Populyasiya "Kritik təhlükə həddində olanlar" - CR B2b(ii, iii) c(ii). Azərbaycanın nadir mamır növüdür.

Qısa morfoloji təsviri: Yarpaq – gövdəli mamırdır. Gövdəsi düz, hörülmüş, sarımtıl-yaşıl rənglidir. Nazik gövdəli olub, asimmetrik budaqlı, 0,8 mm hündürlüyündə olan mamır növüdür. Yarpaqcıqları ürəkvari, şiş ucludur. Yarpaqcığın hüceyrəvi quruluşu kvadrat şəkilli, spor qutucuğu şabalıdı-sarı rəngli olub, 2 mm-dir. Qutucuğun qapaqcığı konusvari, iti ucludur. Sporlar yaz-yay aylarında yetişir və ölçüsü 10-14 mm-ə çatır [2].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri: Otvari, çoxillik bitkidir, sporlar vasitəsi ilə yayılır. Sporların əmələgəlmə dövrü may-iyun aylarında olur. Mezofit bitkidir. Kölgə sevəndir. Çaykənarı və bulaq kənarı daşların üzərində və ağac gövdəsində bitir [1, 2].

Yayılması: Daşkəsən rayonu, Xoşbulaq kəndi [4].

Sayı və tendensiyası: Populyasiyanın azalma tendensiyası artır [5].

Məhdudlaşdırıcı amillər: Təbii təsir (çayların daşması) və antropogen amillər (meşələrin qırılması, ayaq altında tapdalanması, mal-qara tərəfindən yeyilməsi) [3, 5].

Mühafizə tədbirləri: Mühafizəsi üçün xüsusi tədbirlər aparılmır [3], yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədi ilə populyasiya səviyyəsində genetik tədqiqi, həmçinin herbari rəflərində saxlanması, bərpasını təmin etmək, yeni yayılma yerlərinin axtarılması təklif olunur.

Ədəbiyyat / Reference: 1. Абрамова А.А., Савич-Любицкая А.Н., Смирнова В.Н. 1961; 2. Любицкая Л.Б., 1986; 3. Hacıyev V.H., Musayev S.H., 1996; 4. Məmmədova A.V., 2009; 5. Tərtibçinin məlumatı.

Tərtibçi: Məmmədova A.V.

Şəkil: Məmmədova A.V.

English name: not found

Habitat: On stones next to rivers and springs; on tree trunks.

Distribution: Northern (AZ) Lesser Caucasus (Dashkesan region, Khoshbulag village).