Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Qafqaz zirəsi / not found / Carum caucasicum 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida

Sıra / Order: Araliales

Fəsiə/ Family: Kərəvüzkimilər—Apiaceae Lindl.

Elmi adı / Scientific name: Astrantia maxima Pall.

IUCN Qırmızı Siyahısna göre növün kateqoriyası və statusu I National İUCN Status: "Təhlükəli həddə yaxın olanlar'' kateqoriyasına aiddir - NT. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Çoxillik ot bitkisidir. Kökətrafı yarpaqları uzun-saplaqlı, uzunsov, ikiyə yarılmışlələkvaridir, son ayaları lansetvari və ya xətvaridir, gövdə yarpaqları 1-2 ədəd və ya heç olmur. Çətirlərinin 5 ədəd müxtəlif ölçülü şüaları vardır.Ləçəkləri ağdır. Meyvələri 3 mm uzunluğundadır [1, 2].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri: Çiçəkləməsi iyun-iyul, meyvə verməsi iyul-avqust aylarına təsadüf edir. Mezofit bitkidir. Dəniz səviyyəsindən 2000 m-dən yuxarıda tək-tək müşahidə edilir. Əsasən alp və subalp çəmənlərdə rast gəlinir [1, 2].

Yayılması: Böyük Qafqazın Quba sahəsi (Qusar rayonu-subalp yüksəklikləri) və qərb hissəsi, Kiçik Qafqazın şimal (Daşkəsən rayonu-Xoşbulaq yaylası) və mərkəzi hissələri, Naxçıvanın dağlıq hissəsi (Şahbuz rayonu-Gəmiqaya və Göygöl əraziləri, Ordubad rayonu-Qaraquş ətəkləri) [1, 2, 3].

Sayı və tendensiyası: Məhdud ərazidə yayılan azsaylı populyasiyadır.

Məhdudlaşdırıcı amillər: Mənfi iqlimə həssaslıq müşahidə olunur.

Mühafizə tədbirləri: Qorunması mühüm olan növdür [1].

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1955; 2. İbadullayeva S.C., 2004; 3. Tərtibçinin məlumatı.

Tərtibçilər: İbadullayeva S.C.

Şəkil: Naxçıvan MR-in Qırmızı kitabı, 2010.

English name: not found

Habitat: Alpine and subalpine meadows.

Distribution: Guba part of Greater Caucasus (Gusar reion-subalpine zone); Western (AZ) Greater Caucasus; Northern (AZ) Lesser Caucasus (Dashkesan region –Khoshbulag plateu); Central (AZ) Lesser Caucasus; mountain part of Nakhchivan (Shahbuz region – Gemiqaya and Goygol areas, Ordubad regions-Garagush foothills).