Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Qafqaz xurması / Data-plum, Caucasian persimmon / Diospyros lotus 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida

Sıra / Order: Styracales

Fəsiə/ Family: Ebenakimilər – Ebenaceae Guerke

Elmi adı / Scientific name: Diospyros lotus L.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Əlverişli bitmə şəraitində 40m-ə qədər hündürlükdə və 60-70 sm dimaetrində ağacdır. Yarpaqlarının uzunluğu 5-15 sm, eni 4-6 (10) sm olub uzunsov-yumurtavari, uzunsov-ellipsşəkilli və ya enli-lansetşəkillidir4 üst hissədən yaşıl, parlaq, alt hissədən bozumtul-yaşıl rəngli və çılpaqdır; saplağı qısa (1-1,5 sm), cod tüklüdür. Çiçək tacı qonur-qırmızı və tünd –çəhrayıdır. Meyvələri kürəvari və lətlidir, 10-20 mm dimaetrindədir. Hər meyvədə 2-10 ədəd toxum olur [1].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: May –iyun aylarında çiçəkləyir. Meyvələri sentyabr –noyabr aylarında yetişir. Tozlanması entomofildir. Toxumları və kök pöhrələri ilə çoxalır. Dəniz səviyyəsindən 1000 m yüksəkliyə qədər aşağı və orta dağlıq qurşağının qarışıq meşələrində yayılmışdır. Bəzən təmiz meşəlik yaradır. Əksər hallarda qarışıq meşələrin tərkibində biir. Yüngül allüvial rütubtəli torpaqları sevir. Dekorativ və dərman bitkisidir. Yaşıllaşdırmada, meşəsalma işlərində geniş istifadə oluna bilər. Balverəndir[1,2,4].

Yayılması: Lənkəran ovalığı (Lənkəran rayonu-İstisu, Bürcəli və Yuxarı Apo kəndləri, Astara rayonu –Siyaku, Maşxan kəndləri, Təngərudçay vadilərində), Lənkəranın dağlıq hissəsi ( Lerik -40-cı km, Yardımlı, Masallı rayonlarının meşələri), Böyük Qafqazın qərb (Zaqatala rayonu –Car, Makov, Əliabad, Matsex –Qəbizdərə, Misgər –taxtalar, Yuxarı Çardaxlar, Gözbarax, Məzix kəndlər ətrafı meşələr); Alazan –Əyriçay vadisi (Balakən rayonu-Silbançay) və şərq hissəsi (İsmayıllı rayonu –Buynuz kəndi) [1, 2, 3, 4, 5].

Sayı və tendensiyası: Populyasiya azalmağa meyillidir, mənfi təsirlərə həssasdır [5].

Məhdudlaşdırıcı amillər: Antropogen amillər (meşə torplarının əkin üçün istifadə edilməsi, ağacların qırılması və otarılma).

Mühafizə tədbirləri: Hirkan Milli Parkında və Zaqatala Dövlət Təbiət Qoruğunda mühafizə olunur.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1957; 2. Azərbaycan SSR-in Qırmızı Kiatbı, 1989; 3. Səfərov İ.S., Əsədov K.S., 1984; 4. Mehdiyeva N.P., 2011; 5.Tərtibçilərin məlumatları.

Tərtibçilər: Fərzəliyev V.S., Səfərov H.M., Mehdiyeva N.P.

Şəkil: Gerber E., Mehdiyeva N.P.

English name: Data-plum, Caucasian persimmon

Habitat: Mountain forests.

Distribution: Western (AZ) Greater Caucasus (Zagatala region – forests around Jar, Magov, Aliabad, Matsekh-Gebizdere, Misger-Takhtalar, Yukhari Chardaxlar, Gozbarag, Mamrukh villages; Balakan region –Solbanchay); Eastern (AZ) Greater Caucasus (İsmayilli region – Buynuz village); Samur –Devechi lowlands (Khachmaz region- nabran forests); Lankaran lowlands (Lankaran region –Istisu, Burcheli and Yukhari Apo villages, Astara region – Siyaku, Mashkhan villages, Tengerudchay valleys); mountain part of Lankaran (Lerik -40th km, forests of yardimli and Masalli regions).