Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Qafqaz xədicəgülü / Caucasian snowdrop / Galanthus caucasicus 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Liliopsidlər – Liliopsida

Sıra / Order: Amaryllidales

Fəsiə/ Family: Nərgizçiçəkkimilər –Amaryllidaceae J. St. –Hil.

Elmi adı / Scientific name: Galanthus caucasicus (Baker) Grossh.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir – EN B1ab (i, ii, v)c(i, ii, iii)+ 2b(i)c(ii,v). Azərbaycanın nadir, Qafqazın endemik növüdür.

Qısa morfoloji təsviri: Çoxillik ot bitkisidir. Soğanaq 15 mm hündürlükdə, 8-9 (10) mm diametrində, xaricdən parlaq-qonur pulcuqludur. Yarpaqlar (çiçəkləmə vaxtı0 göyümtül, xətvari, hamar, küt. tillidir, 7-15 (20) mm enindədir. Çiçəkyanlığının xarici yarpaqları tərs-yumurtavari, uzunsov, 10-20 (25) mm uzunluğunda, daxildəkilərdən 2 dəfə uzundur. Daxildəkilər tərs – yumurtavari, pazşəkilli, dərin olmayan, oyuqlu, təpə hissəsində yaşıl ləkə var [1].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Çiçəkləmə və meyvə əmələgəlmə dövrü fevral-mart (aprel) aylarına təsadüf edir.Soğanaqla, toxumla çoxalır. Aşağı və orta dağ qurşağında, meşədə, talada, koluqlar arasında rast gəlinir. Dekorativ bitkidir [1].

Yayılması: Böyük Qafqazın Quba və qərb hissələri, Kiçik Qafqazın şimalı və mərkəzi [1, 2, 3, 4].

Sayı və tendensiyası: Populyasiyası nadirdir,antropogen amillərdən asılıdır. Fraqmentləşmiş sahənin və yaşayış mühitinin keyfiyyətinin davamlı surətdə azlaması müşahidə olunur [4].

Məhdudlaşdırıcı amillər: Dekorativ bitki kimi yığılması, otların biçilməsi, mal – qara tərəfindən tapdalanması.

Mühafizə tədbirləri: Xüsusi qorunma tədbirləri görülməmişdir.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1952; 2. Ибадлы О.В. 2005; 3. Конспект флоры Кавказа, 2006 ; 4. Tərtibçinin məlumatı.

Tərtibçilər: Qaraxani P.X.

Şəkil: Kərimov V.N.

English name: Caucasian snowdrop

Habitat: Forests, glades and shrublands of lower and middle mountain zone.

Distribution: Guba part of the Greater Caucasus; Western (AZ) Greater Caucasus; Northern (AZ) Lesser Caucasus; Central (AZ) Lesser Caucasus.